Londonda Ukrayna üzrə Avropa sammiti BAŞLADI
Böyük Britaniyanın paytaxtı Londonda, şəhərin mərkəzində yerləşən Lankaster-haus iqamətgahında bazar günü günorta saatlarında Ukrayna üzrə Avropa sammiti başlayıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin təşkil etdiyi toplantıda 18 ölkə və birliklərin nümayəndələri iştirak edir.
Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edir. Tədbir iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeri Zalujnı da görünüb.
Tədbir ərəfəsində bildirilirdi ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.
Xatırladaq ki, sammitdən bir gün öncə Starmer iqamətgahında Zelenskini qəbul etmişdi. Martın 2-də, bazar günü, səhər isə Böyük Britaniyanın hökumət başçısı italiyalı həmkarı Corca Meloni ilə ikitərəfli danışıqlar aparmışdı.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası
Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki