"MAAŞ artımı QİYMƏT artımına uyğun deyil" - AMİP sədrindən ÖZƏL MÜSAHİBƏ

Azərbaycanda sosial vəziyyət, məşğulluq səviyyəsi barədə rəsmi statistikalar qənaətbəxş olsa da, insanlar arasında əsaslı narahatçılıq var.
KONKRET.az gerçək durumun nədən ibarət olduğunu qismən də olsa aydınlaşdırmaq üçün Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizədadən müsahibə alıb. İntervünü təqdim edirik:
– Azərbaycandakı sosial durum və məşğulluq səviyyəsini necə qiymətləndirirsiniz?
"Təbii ki, sosial vəziyyətə təsir edən ciddi amillər var. Bu, xüsusilə son dövrlərdə müxtəlif sahələr üzrə qiymət artımı, ərzaq, gündəlik tələbat və digər məhsulların bahalaşması ilə bağlıdır. Eyni zamanda son 2 il ərzində bütün dünyada baş verən proseslər, bahalaşma, təbii ki, bahalaşma daha çox pandemiyanın fonunda baş verib. Eləcə də, pandemiya Azərbaycan iqtisadiyyatına paralel olaraq vətəndaşların sosial durumuna da kifayət qədər ciddi təsir edib.
Məlumdur ki, ölkədə işsizlik səviyyəsi elə də aşağı deyil. Pandemiyaya qədərki dövrdə 600 minə yaxın şəxsin işsiz olması ilə bağlı statistik məlumat var idisə, pandemiya dövründə məlum oldu ki, təxminən 2 milyona yaxın Azərbaycan vətəndaşı işsizdir. Bunu o vaxtkı müavinət müraciətlərindən də bilmək olardı. Hökumətin özünün də rəqəmləri onu deməyə əsas verdi ki, ölkədə işsizlik problemi var. İşləyən əhalinin orta aylıq əmıkhaqqı təxminən 750 manat civarında göstərilir, amma işləyənlərin hamısı o maaşı almaq imkanına malik deyil.
Bütün bunların fonunda, son 1 il ərzində tariflərin, kommunal xidmətlərin bahalaşması, dizel-benzin, su, elektrik qiymətlərimin artımı əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Hesab edirəm ki, ölkədə qiymət artımı ilə bağlı hökumət tərəfindən ciddi tədbirlər görülməlidir. Çünki qiymət artımı real vəziyyətə adekvat deyil. Mövcud durumdan istifadə edənlər var. Bir sıra sahibkarlar var ki, süni qiymət artımına gedirlər. Ölkədə manatın məzənnəsi dollara nisbətdə sabit qalıb, ölkəyə daxil olan məhsulların qiymətində bir o qədər də artım yoxdur. Amma bunun müqabilində sahibkarlar tərəfindən süni qiymət artımı var ki, bu məsələ ilə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məşğul olmalıdır. Hökumətin müvafiq strukturları bu məsələ ilə bağlı ciddi ölçülər götürməlidirlər ki, süni qiymət artımının, inhisarçılığın qarşısı alınsın".
– Sizin də vurğuladığınız kimi, qiymətlər bahalaşır, mütəmadi olaraq minimum əməkhaqqı da artırılır. Etiraf etmək lazımdır ki, dollara nisbətdə manatın məzənnəsi stabil saxlanılsa da, milli valyutamız dəyərdən düşüb, alıcılıq qabiliyyəti azalıb. Maaşlar da ölkədəki qiymət artımına uyğun deyil.
"Maaşların artımı təxminən 20 % civarındadırsa, bir sıra məhsullarda qiymət artımı 100 faiz və daha çoxdur. Ən aşağı qiymət artımı 50 faizdən yuxarıdır. Yəni, təbii ki bu, heç bir halda maaşların artımı ilə adekvat deyil. Maaşlar 20 faiz artırılırsa, qiymət artımı daha çoxdur. Təəssüflər olsun ki, hökumətin ayrı-ayrı üzvləri raport verirlər ki, adekvatdır. Hətta Prezidentə də bu cür hesabatlar verilir. Bunun şahidi olmuşuq. Amma birmənalı demək olar ki, qiymət artımı ilə maaşların artımı heç bir halda üst-üstə düşmür.
Hətta dünyada baş verən qlobal qiymət artımı, qlobal ərzaq çatışmazlığına Rusiya-Ukrayna müharibəsinin də təsiri var. Pandemiya ilə bağlı dünyada baş verən proseslər belə, Azərbaycanda bu səviyyədə qiymət artımına əsas vermir. Yəni bizdəki qiymət artımı dünyada baş verənlərə də adekvat deyil".
– Əlbəttə, elə təbii ehtiyatlar (su, neft-qaz və s.), məhsullar var ki, onu idxal etmirik. Özümüzün istehsalıdır. İxrac etdiyimiz (meyvə-tərəvəz) məhsullarını da nəzərdə tuturam.
"Bəzi kənd təsərrüfatı məhsullarında qiymət artımı var ki, buna yanacağın bahalaşması da təsir edib. İlin əvvəlində dizelin bahalaşması fonunda hökumət belə bir bəyanat verdi ki, sözügedən yanacaqdan istifadə edən kənd təsərrüfatı sahələri üzrə sahibkarlara əlavə subsidiyalar veriləcək. Onun da şahidi olmadıq. Subsidiyalar verilməyib. Hər halda sahibkarlar mövqe bildirirlər ki, vəd olunan subsidiyalar verilmir. Ona görə, bu sahədə də qiymət artımı var. Azərbaycan ərzaq təhlükəsizliyini tam olaraq təmin edən ölkələr sırasında deyil. Amma buna baxmayaraq, bir çox məhsullar ölkədə istehsal olunur deyə həmin məhsulda qiymət artımı heç cür anlaşılan deyil".
AMİP sədri sonda bir daha vurğulayıb ki, Azərbaycandakı bahalaşma mövcud vəziyyətə uyğun deyil.
Anar Rəhimov,
KONKRET.az

Sosial       Tarix: 19 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler xabar az axsam az xeberler cəbhədən son xəbərlər 2026 xankendi