Maaş artımları olacaq?

Maaş artımları olacaq?"Təxminən əlavə olaraq 690 milyon manat çox sosial xərclər üçün mənbə formalaşdırılıb ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbədir. Hazırda əsas artım istiqaməti pensiyalarla bağlıdır ki, yaxın günlərdə öz həllini tapacaqdır".
KONKRET.az xəbər verir ki, bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin dövlət və icmal büdcələri ötən ay Milli Məclis və dövlət başçısı tərəfindən təsdiq olundu:
"Büdcənin xərc istiqamətləri müəyyən edildi, əsas xərc hədəfləri post-münaqişə dövrünün əsas çağırışları olan işğaldan azad edilmiş ərazilərdə 3 ildir ki, aparılan fasiləsiz bərpa-yenidənqurma işlərinin daha da sürətləndirilməsi, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının yaradılmasına yönəldilib.
Eləcə də, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nümunəvi ordu birləşmələrinin yaradılması büdcə siyasətinin əsas prioritetləri kimi müəyyən olunub. Bununla yanaşı, büdcədə sosial müdafiə və təminat xərcləri artırlıb".
Millət vəkilinin sözlərinə görə, bu il minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşə bilər:
"İnflyasiya artdığı halda həmin xərclərin artması da istisna deyil. Ancaq hazırda inflyasiya birrəqəmli həddə düşüb, 9 faizdən də aşağıdır. Ona görə də, inflyasiyanın birrəqmli həddə düşməsi sosial və əmək haqqı xərclərində ciddi artımlara ehtiyac yaratmayacaq.
Yeri gəlmişkən, minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb".
A.Hüseynov həmçinin deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyta şəraitinin təmin edilməsi dayanır:
"Cənab Prezident sosial sahədə davamlı addımlar atır və son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib.
Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb.
2024-cü ildə "Sosial müavinətlər haqqında" qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Yəni, Cənab Prezident sosial sahəyə xüsusi diqqət ayırır və ölkəmizin maliyyə imkanları artdıqca bu sahədə əlavə artımların olması istisna deyil".

Sosial       Tarix: 17 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri bu gunun xeberleri haqqinda melumat xəbərlər.com maraqlı xəbərlər