Maaş artımları olacaq? - Deputatdan yeni açıqlama
"Təxminən əlavə olaraq 690 milyon manat çox sosial xərclər üçün mənbə formalaşdırılıb ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbədir. Hazırda əsas artım istiqaməti pensiyalarla bağlıdır ki, yaxın günlərdə öz həllini tapacaqdır".
Bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin dövlət və icmal büdcələri ötən ay Milli Məclis və dövlət başçısı tərəfindən təsdiq olundu:
"Büdcənin xərc istiqamətləri müəyyən edildi, əsas xərc hədəfləri post-münaqişə dövrünün əsas çağırışları olan işğaldan azad edilmiş ərazilərdə 3 ildir ki, aparılan fasiləsiz bərpa-yenidənqurma işlərinin daha da sürətləndirilməsi, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının yaradılmasına yönəldilib.
Eləcə də, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nümunəvi ordu birləşmələrinin yaradılması büdcə siyasətinin əsas prioritetləri kimi müəyyən olunub. Bununla yanaşı, büdcədə sosial müdafiə və təminat xərcləri artırlıb".
Millət vəkilinin sözlərinə görə, bu il minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşə bilər:
"İnflyasiya artdığı halda həmin xərclərin artması da istisna deyil. Ancaq hazırda inflyasiya birrəqəmli həddə düşüb, 9 faizdən də aşağıdır. Ona görə də, inflyasiyanın birrəqmli həddə düşməsi sosial və əmək haqqı xərclərində ciddi artımlara ehtiyac yaratmayacaq.
Yeri gəlmişkən, minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb".
A.Hüseynov həmçinin deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyta şəraitinin təmin edilməsi dayanır:
"Cənab Prezident sosial sahədə davamlı addımlar atır və son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib.
Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb.
2024-cü ildə "Sosial müavinətlər haqqında" qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Yəni, Cənab Prezident sosial sahəyə xüsusi diqqət ayırır və ölkəmizin maliyyə imkanları artdıqca bu sahədə əlavə artımların olması istisna deyil". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır