Madonna Türkiyəyə dəstək oldu – FOTO
Dünya şöhrətli müğənni Madonna Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdən sonra izləyicilərinə Türkiyəyə ianə üçün müraciət edib.
azxeber.com xəbər verir ki, fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə böyük dağıntılara səbəb olub. Minlərlə vətəndaşın həyatını itirdiyi zəlzələ faciəsinə dünyaca məşhurlar da səssiz qalmayıb.
54 yaşlı məşhur ulduz 18,8 milyon izləyicisi olan İnstaqram hesabında yazdığı paylaşımda hər kəsi Türkiyəyə ianə etməyə çağırıb.
"Bütün sevgimizi, şəfa enerjimizi bu genişmiqyaslı zəlzələdə böyük itki və dağıntılardan əziyyət çəkən Türkiyə və Suriyaya göndərək. Çoxları orada evlərini, iş yerlərini, eləcə də yaxınlarını itirdi. Şəhərlər tamamilə dağılıb. Bu, çox kədərlidir! ", - deyə müğənni paylaşımında bildirib.
Murat Boz, Pınar Altuğ, Işın Karaca, İrem Derici, Ceylan Ertem və Didem Balçın kimi bir çox məşhurlar Türkiyə və Suriya üçün kömək çağırışı edən Madonnaya təşəkkür ediblər.
Ayşən

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi