Mağazalardan oğurluq edənlər saxlanıldı
Bakıda mağazalardan oğurluq edilib.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, oğurluq etdiyinə görə tutulan A.Həsənovun və H.Dadaşzadənin ətraflarında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Şöbəsi (PŞ) və Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların rayonlar ərazisindəki 4 mağazadan ümumilikdə 2 530 manat pul, 3 ədəd mobil telefon və 300 manat dəyərində maqnitofon oğurlamaları da müəyyən edilib.