Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıbGənc qadınların, ümumiyyətlə qadınların qeyri formal təhsilinə, gələcək və insan kapitalınının inkişafında qadınların rolunun artırılmasına önəm verən Magen David International Center for Women "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a və digər fəaliyyət istiqamətlərinə həsr olunmuş yenilikləri davam etdirir.
Ölkədə qadın həkimlər, hüquqşünaslar, müəllimlər, sahibkarlar və ictimai – sosial həyatda, həmçinin İKT sahəsində və digər sahələrdə fəal olan qadınlar arasında beynəlxalq resursları birləşdirərək, müxtəlif fəaliyyətləri təşviq edən, "Magen David Azərbaycan"nın nəzdində fəaliyyət göstərən Magen David International Center for Women və Azərbaycanda uşaq, yeniyetmə və böyüklər üçün proqramlaşdırma üzrə peşəkar özəl təhsil müəssisələrindən olan Maestro School & Maestro Studio arasında 15 aprel 2024-ci il tarixində birgə əməkdaşlığa dair memorandum imzalanıb.
"Magen David International Center for Women"dən AJMEDİA.İNFO-a verilən məlumata görə memorandumun şərtlərinə, əsasən, informasiya texnologiyaları, kompüter elmləri, kibertəhlükəsizlik, qadın bizneslərinin rəqəmsallaşdırılması və COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təbliğinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində, ekoloji proseslərdə qadınların və gənclərin rolunun artırılmasında proqramlaşdırma təhsilinin əhəmiyyəti, qadınların iştirakı, korporativ məsuliyyət kimi bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər.
Bu istiqamətlər arasında gənc qadınların, proqramlaşdırma və biznes üzrə təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, yerli və beynəlxalq təcrübənin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər birgə fəaliyyətlər mövcuddur.
Memorandumu Magen David İnternational Center for Women direktoru Aygün Əhmədova və Maestro School-un direktoru Leyla Səfərli, Maestro Studio-nun direktoru Mədinə Paşayeva imzalayıblar.
Görüş zamanı hər iki tərəf növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparılıb. Görüşdə İKT sektorunda fəaliyyət göstərə biləcək mütəxəssislərin yetişdirilməsi, mövcud mütəxəssislərin ixtisaslaşdırılması üçün xüsusi tədris proqramının hazırlanması məsələsi də müzakirə edilib.
"Ümid edirəm ki, bu memorandumun hazırda rəqəmsallaşdırma sahəsində, qadın bizneslərinin inkişafında bu kimi problemlərin aradan qalxmasına,ölkəmizdə proqramlaşdırma üzrə ixtisaslı qadın kadrların yetişməsinə, eləcədə rəqəmsallaşdırma sahəsində beynəlxalq təcrübənin, xüsusən də İsrail təcrübəsinin öyrənilməsinə böyük töhfəsi olacaq." – deyə Aygün Əhmədova bildirib.
"İnanırıq ki, bu qarşılıqlı əməkdaşlıq çərçivəsində rəqəmsallaşdırma sahəsində qadın və qizların marağının artmasına, beynəlxalq səviyyəli olimpiada və yarışlarda daha da çox tərkiblə təmsil olunmağımıza yeni imkanlarlar yaradacaq."- deyə Leyla Səfərli və Mədinə Paşayeva öz fikirlərini səsləndiriblər.
Eyni zamanda, COP29 kimi beynəlxalq səviyyəli tədbirinin ölkəmizdə keçirilməsinin gənclər və qadınlar üçün yaratdığı imkanlar, beynəlxalq miqyasda gənclər və qadınlar arasında birgə təşəbbüs və əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi də önə çəkilib.
Onu da qeyd edək ki, "Magen David International Center for Women" – qadın həkimlər, hüquqşünaslar, müəllimlər, sahibkarla və ictimai – sosial həyatda, İKT sahəsində fəal olan xanımlar arasında beynəlxalq resursları birləşdirərək qadınlar və uşaqlar üçün müxtəlif fəaliyyətləri təşviq edən, qadınlar üçün hüquqi konsultasiya, təlim, tədris, brendin yaradılması və tanıdılması, satış və investisiya imkanları və digər. xidmətlər təqdim edən mərkəzdir.
Mərkəzin vizyonu ondan ibarətdir ki, hər bir qadınının özü və ailəsi üçün davamlı gəlir əldə etmək, ailələri və icmaları sabitləşdirmək üçün təhsil, təlim və dəstəyə çıxış imkanı var. Mərkəzin missiyası qadınlar üçün təhlükəsiz davamlı əlaqə və platforma qurmaq, onların çiçəklənməsi üçün lazım olan resursları çatdırmaq üçün qadın icmalarını birləşdirmək və təchiz etməkdir.
Maestro School məktəblilər və böyüklər üçün proqramlaşdırma mərkəzidir və tələbələrini keyfiyyətli İT təhsil ilə təmin edir. Maestro School uşaqları və böyükləri yerli və beynəlxalq layihələrə cəlb edərək onların İT və soft bacarıqlarını inkişaf etdirərək bir neçə startap layihələrinin yaradılmasında, gənclərin təhsil və karyera istiqamətlərində inkişaf etməsinə öz töhvəsini verir.
Maestro Studio menecment konsaltinq və proqramlaşdırma xidmətləri göstərən şirkətdir.
Maestro Studio menecment və konsaltinq istiqamətində şirkətlərlə çalışaraq şirkət strategiyasının qurulması, müəssisə performansını artırmaq və müştərinin əlavə gəlir əldə etməsi üçün hazırlanmış geniş sahəli strateji konsaltinq xidmətlərini təklif edir.
Maestro Studio proqramlaşdırma istiqamətində müştəriləri üçün müxtəlif platformaları uğurla inkişaf etdirir. Bura müxtəlif portfolio, e- ticarət saytları və mobil tətbiqləri kimi veb və mobil proqramlar daxildir.
Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıbMagen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıbMagen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıbMagen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb/ azxeber.com

Sosial       Tarix: 19 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az