"Makkabi" və "Neftçi"nin start heyətləri AÇIQLANDI
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi" klubu İsraildə "Makkabi" (Hayfa) komandasının qonağı olacaq.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matç "Sammi Ofer" stadionunda keçiriləcək.
Artıq komandaların start heyətləri açıqlanıb.
Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Harramiz Soareş, Voislav Stankoviç, Uqu Baştu, Mert Çelik, Fəhmin Muradbəyli, Romen Bask, Mamadu Kane, Emin Mahmudov (k), Sezar Meza Kolli və Sabir Buqrin yer alıblar.
"Makkabi"nin heyətində isə meydana Josua Coen, Beqdan Planiç, Ori Dahan, Rayan Strein, San Menaçem, Mohammed Abu Fani, Joze Rodriqes, Tyaron Çeri (k), Din Devid, Ömər Atzili və Dolev Haziza çıxacaqlar.
Matçı Şimali Makedoniyadan olan FIFA referisi Aleksandr Stavrev idarə edəcək. "Neftçi"nin heyətində Mamadu Mboc, Yusuf Laval və İsmayıl Zülfüqarlı cəzalı olduqları üçün meydana çıxmayacaqar.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi "Dinamo"dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
Turlar.az [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı