Makron Prezident İlham Əliyevi təbrik etdi
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
azxeber.com xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident, əziz İlham!
İcazə verin, Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi ünvanlayım.
Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.
Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi.
Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq".

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi