Makron yenə Azərbaycanın qeybətini etdi

Makron yenə Azərbaycanın qeybətini etdi"Qarabağda humanitar təhlükə yaranıb" deyən Fransa prezidenti hesab edir ki, "bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır"  
Fransanın  BMT Təhlükəsizlik Şurasına "Azərbaycanın blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında" qətnamə təqdim etməyə hazırlaşdığı haqda məlumat vermişdik. Bu barədə "Le Figaro" qəzeti yazıb.
KONKRET.azxəbər verir ki, Fransa prezidenti Emmanuel Makron isə "Le Point" qəzetinə müsahibəsində bu xəbəri şərh edərək, Parisin bu məsələ ilə bağlı "xarici siyasət mövqeyinin kifayət qədər aydın olduğunu" vurğulayıb. (mənbə:haqqın.az)
"Laçın yolunun blokadaya alınmasını təəssüf edirəm və pisləyirəm" deyən, Makron sonra bunları əlavə edib:  "Biz həmişə demişik ki, xalqların suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı deyilən ən sərt mövqeləri təkrarlaya bilmərəm. Fransa 2020-ci il müharibəsini birmənalı olaraq pislədi və bir çox humanitar aksiyalar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına xidmət edən saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir, lakin bu, beynəlxalq hüquqa uyğun olmalıdır".
Makron yenə Azərbaycanın qeybətini etdiFransa prezidentinin sözlərinə görə, Qarabağda "qəbuledilməz humanitar vəziyyət" yaranıb və Fransanın bu məsələdə rolu Azərbaycana "təzyiq göstərməkdir". "Biz bu istiqamətdə əlimizdən gələni edirik" deyən, Makron fikirlərinə belə davam edib: "Xüsusilə, biz Qarabağa ərzaq, dərman çatdırmaq və bu bölgəyə sərbəst girişi təmin etmək üçün təşəbbüslərlə çıxış etməyə davam edirik. Bundan başqa, bu gün Ermənistanın öz sərhədləri də təhlükə altındadır".
Makron hansı təşəbbüslərdən danışdığını dəqiqləşdirməsə də,  güman ki, prezident Fransanın BMT Təhlükəsizlik Şurasına müzakirəyə təqdim etməyə hazırlaşdığı qətnamə layihəsini nəzərdə tutur.
Fransanın Ermənistandakı səfirliyi  BMT-dəki mümkün müzakrələr haqda yazılanlara şərh verməkdən imtina edib. Ermənistan Xarici İşlər Nazirliyi də "Le Figaro"da dərc olunan yazıya münasibət bildirməyib.
Makron yenə Azərbaycanın qeybətini etdiYada salaq ki, Ermənistanın avqustun 16-da Təhlükəsizlik Şurasında bu müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul edilmədi ki, bu da İrəvanla bərabər Parisdə də ciddi pərtlik yaradıb.Bildirilir ki, prezident Emmanuel Makron BMT-dəki iflasdan sonra erməni diasporasına bağlı ölkə müxalifətinin də təzyiqləri altındadır. Ermənistanın ictimai rəyi də Parisə əvvəlki kimi mötəbər, sözükeçən dövlət kimi baxmır. O da aydındır ki, Makronun yenidən BMT-də hansısa yalanlarla dolu qətnamə qəbul etməyə çalışması Parisi daha da gözdən salacaq.
Bu arada o da məlum olub ki,  Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək. Bu barədə  Ermənistan mətbuatı məlumat yayıb."Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora – Ermənistan Artsaxının girişində yola düşəcək", – Fransanın "Le Figaro" jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz  "X hesabında yazıb.
O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri Anna Hidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.//Musavat.com

Siyasi       Tarix: 28 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele cəbhədən görüntüleri oxu.az xeberler sonxeberler