Mal-qara oğurlamaqda şübhəli bilinənlər tutuldu
Yevlax rayonunda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaramanlı kəndindəki fermaların birindən 20 baş xırdabuynuzlu heyvanın itməsi ilə bağlı məlumat verilib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və heyvanların həmin fermada əvvəllər işləyən şəxslər tərəfindən oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən, Şəki rayon sakini İlqar Həşimov saxlanılıb, onunla əlbir olan digər şəxsin isə şəxsiyyəti müəyyən edilib və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bundan başqa rayonun Yuxarı Bucaq kəndində yerləşən şəxsi təsərrüfatdan isə 2 baş iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, həmin kənd sakinləri Zaur Əjdərli və Vüsal Cəfərov saxlanılıblar. Onların iribuynuzlu heyvanları mal bazarında dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib. Həmin heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.
Bu əməliyyatlar zamanı vətəndaşlara 6 min manatdan artıq ziyan dəydiyi aşkar edilib. Dəymiş ziyanın tam aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu