Malayziya səfiri Azərbaycana 71 hərbi qulluqçunun həlak olmasına görə başsağlığı verdi

Malayziya səfiri Azərbaycana 71 hərbi qulluqçunun həlak olmasına görə başsağlığı verdiSentyabr 15-də xarici işlər nazirinin müavini Elnur Məmmədov Malayziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yubazlan bin Yusofu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Malayziya səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir müavini Elnur Məmmədov, səfir Yubazlan bin Yusofun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib.
Nazir müavini 2022-ci ilin 15 iyul tarixində Kuala Lumpur şəhərində keçirilmiş Azərbaycan-Malayziya XİN-lərarası siyasi məsləhətləşmələrinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.
E.Məmmədov Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın hər zaman dəstək verdiyini vurğulayıb. Nazir müavini görüş zamanı Ermənistanın hərbi təxribatı və bölgədə yaşanan son gərginliklə bağlı danışıb və Ermənistanın bu təxribatının bölgədə sülh quruculuğu səylərinə xələl gətirdiyini söyləyib.
Öz növbəsində səfir Yubazlan bin Yusof Azərbaycana qarşı hərbi təxribat nəticəsində 71 hərbi qulluqçunun həlak olmasına görə başsağlığı verərək, yaralananların tezliklə şəfa tapmasını diləyib. O, toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Səfir Y.Yusof iki ölkə arasında iqtisadi, humanitar, təhsil və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, ikitərəfli gündəliyin bir çox sahələri üzrə əlaqələrin inkişaf etdirilməsi üçün perespektivlərin mövcud olduğunu qeyd edib.
Görüş zamanı tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşün sonunda nazir müavini E.Məmmədov səfir Y.Yusofa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Siyasi       Tarix: 16 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum sou xeberler bugun cəbhədən son xeber son xeberler bugun 2026 muharibe