Maliyyə Nazirliyi: Pensiyaların maliyyələşdirilməsi tam və vaxtında təmin olunur
"Ötən gün 2020-ci ilin yanvar ayı üzrə pensiyaların ödənilməsinin Xəzinədarlıq orqanları tərəfindən gecikdirilməsi ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur. Bir qayda olaraq, Xəzinədarlıq orqanları tərəfindən ilk növbədə pensiya, müavinət, təqaüd və digər bu tipli sosial xərclərin maliyyələşdirilməsinin icrası tam və vaxtında təmin olunur".
Open.a xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
O qeyd edib ki, cari ilin yanvarın 10-da dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna pensiyaların maliyyələşdirilməsi üçün 190,4 mln manat transfert ayrılıb.
"Yanvarın 14-də isə Fondun sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış transfert və ilin əvvəlinə DSMF-nin qalıq vəsaiti hesabına (98,6 mln manat) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi təmin edilib. Dünən, yanvarın 15-də isə DSMF-nin respublikanın digər şəhər və rayonları üzrə şöbələrinin hesablarına 128,5 mln manat vəsait köçürülüb və bu gün, gün ərzində pensiyaçıların kart hesablarına ödənilməsi tam təmin ediləcəkdir. Beləliklə, pensiyaların maliyyələşdirilməsində heç bir halda gecikmədən söhbət gedə bilməz, əksinə, respublikanın bütün şəhər və rayonları üzrə pensiyaların ödənişi ötən ilkindən 2 gün daha tez olmaqla maliyyələşdirilməsi həyata keçirilib", - nazirlik rəsmisi bildirib. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib