Mamicanyan: "2019-cu ilin sonuna qədər Paşinyan danışıqlar prosesinin nüanslarını bilmirdi"
"Paşinyan əslində 2019-cu ilin sonuna qədər Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin nüanslarını bilmirdi, indi də bilmir".
KONKRET.az xəbər verir ki, bu sözləri "Mənim şərəfim var" fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib.
Müxalifətçi deputat Nikol Paşinyanın ötən gün verdiyi bəyanatların yalan olduğunu bildirib. Minsk Qrupu ölkələri Türkiyə ilə birlikdə müharibəyə reaksiya verərək, məsələnin müharibə yolu ilə həllinin mümkün olmadığını vurğulayıblar.
Dördgünlük müharibədən sonra Mamicanyanın sözlərinə görə, erməni tərəfi Vyana və Sankt-Peterburqda müsbət nəticə qazanıb, burada təmas xəttində monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Mamicanyan onu da xatırladıb ki, Nikol Paşinyan və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bu sazişləri ləğv ediblər, halbuki onların icrası minlərlə insanın həyatını xilas edəcəkdi.
"Aprel döyüşündən sonra Ermənistan və Aİ arasında Qarabağ xalqının öz müqəddəratını təyinetmə prinsipini ifadə edən Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi imzalanıb. Paşinyan isə heç bir zaman Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququndan bəhs etməyib", – deyə Mamicanyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi