Manaf Ağayev: 'Ən sevdiyim nəqliyyat növü metrodur, anam-bacım da istifadə edir

Manaf Ağayev: 'Ən sevdiyim nəqliyyat növü metrodur, anam-bacım da istifadə edir"O sözləri dediyimi sübut eləsinlər, bütün Azərbaycan xalqından üzr istəyəcəyəm".
Bunu "Report"a açıqlamasında müğənni Manaf Ağayev deyib.
O bildirib ki, həmin məsələ ətrafında çıxışını 4 il əvvəl prodüser, aparıcı Tarix Əliyevin (Tolik) "Hər şey daxil" verilişində iştirak edərkən deyib: "Tolikin verilişində olanda demişdim ki, müğənni toy geyimində metrodan istifadə etmək əvəzinə taksi ilə getsin. Yəni burada toxunmaq istədiyim məsələ tamam başqa idi. Üstündən illər ötəndən sonra sözlərimi müxtəlif yerlərə yozurlar".
Müğənni qeyd edib ki, onun digər ailə üzvləri də metrodan istifadə edir: "Mənim anam, bacım, qardaşım hər gün metrodan istifadə edir. Mən ağsaqqal adamam, dəli deyiləm ki, belə ifadə işlədim. Özümün də ən sevdiyim nəqliyyat növü metrodur. Cavanlığımda hər gün metrodan istifadə edirdim. Bunları da heç vaxt danmamışam".
M.Ağayev mətbuatdan şikayətlənib: "O qədər yaxşı işlərim var. Qarabağ müharibəsində orduya 30 min manat yardım etmişəm, qaziyə maşın almışam, pandemiya dövründə xeyriyyə işlərində fəal iştirak etmişəm. Niyə bunlardan danışan yoxdur?! Əslində, məqsədim etdiklərimi demək deyil, sadəcə yazılanlardan dəhşətə gəlirəm. Bəzi media qurumları və nümayəndələri ancaq qarayaxma ilə məşğul olurlar".
Qeyd edək ki, M.Ağayevin metrodan istifadə edənləri təhqir etməsi barədə məlumatlar yayılıb. İddialara görə, o deyib: "Müğəninin metrodan istifadə etməsi doğru deyil. Deməzlər ki, bu nə gündədir ki, metro ilə gedir? Mən özümə o sözü dedizdirmərəm. Metro bizlər üçün deyil".

Şou Biznes       Tarix: 14 sentyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Məşhur müğənni 10 il həbs oluna bilər – "Başımı bəlaya saldı

Türkiyənin məşhur müğənnisi Yusuf  Güney narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunduğu cinayət işi üzrə hakim qarşısına çıxıb. . -a istinadən xəbər verir ki, İstanbul Məhkəməsində keçirilə

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri sonxeber.az sou xeberler bugun