Manatla bağlı vəziyyət kəskin dəyişdi – Dolların taleyi…

Manatla bağlı vəziyyət kəskin dəyişdi – Dolların taleyi…Azərbaycanın valyuta bazarında son aylarda maraqlı tendensiya müşahidə olunur. Əhali dollar almaqdan çox satmağa başlayıb. Bu, insanların manata olan inamının artdığını və dolların mövqeyinin nisbətən zəiflədiyini göstərir.
Bu tendensiya davam etsə, bazarda dolların qiymətində azalma mümkündürmü?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, insanlar dolları xırdalayıb yerli valyutaya çevirməyə üstünlük verirlər:
"Son dövrlərdə bəzi şəxslər qeyri-peşəkar proqnozlar verərək vətəndaşlar arasında əsassız ajiotaj yaradıb, onları dollar almağa təşviq edirdilər. İqtisadi və maliyyə savadı zəif olanlar isə belə panikaya asanlıqla qapılır və kütləvi şəkildə banklara axın edir, pullarını dollara çevirirdilər. Hətta nəticədə banklar dollar alışını şəxsiyyət vəsiqəsi ilə məhdudlaşdırmaq qərarına gəldilər və valyuta alan şəxslər barədə müəyyən qeydlər aparmağa başladılar. Lakin vətəndaşlar bilməlidirlər ki, hazırda dolların bahalaşması üçün real iqtisadi əsas yoxdur. Devalvasiyanın olması üçün neft qiymətlərinin kəskin enməsi və ölkəyə daxil olan gəlirlərin azalması kimi amillər lazımdır. Halbuki indi durum tam əksinədir. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, bu da ölkəyə daxil olan xarici valyutanın həcminin çoxalmasına səbəb olub. Neftin qiymətində ciddi azalma müşahidə edilmir, dövlət büdcəsində isə profisit (artıq gəlir) yaranıb. Belə şəraitdə dolların məzənnəsinin yüksəlməsi üçün heç bir iqtisadi zəmin yoxdur".
İqtisadçının fikrincə, dollara tələbin azalmasının əsas səbəbi vətəndaşların maariflənməsidir:
"Artıq insanlar anlayırlar ki, dövlətin valyuta ehtiyatları kifayət qədərdir və bu, manatın sabitliyini qorumağa, devalvasiyanın qarşısını almağa imkan verir. Digər tərəfdən, son bir ildə qızılın qiyməti dünya bazarında rekord səviyyəyə çatıb. Buna görə də, sərbəst vəsaiti olan şəxslər investisiyalarını dollara deyil, daha gəlirli sayılan qızıla yönəldirlər. Oxşar vəziyyət daşınmaz əmlak bazarında da müşahidə olunur. Belə ki, son bir ildə bu sektorda da kəskin qiymət artımı baş verib və bir çox vətəndaş sərmayəsini həmin istiqamətə yönəldib. Dolların məzənnəsi sabit qalsa da, digər valyutalarda məsələn, avroda müəyyən dövrlərdə həm yüksəliş, həm də eniş müşahidə olunur. Bu da bazara təsir edən amillər sırasındadır. Yəni vətəndaşlar dollara əvvəlki kimi "etibarlı investisiya vasitəsi" kimi baxmırlar. Əvəzində beynəlxalq fond birjalarına çıxaraq kriptovalyutalara və ya digər maliyyə alətlərinə yatırım etməyi daha məqsədəuyğun hesab edirlər".

Sosial       Tarix: 24 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri az xeber cəbhədən son dəqiqə kriminal xeber sou biznes