Marsol Academy komandası ITECX"25 College Congress-də dünya birincisi oldu - FOTOLAR
İtaliyanın paytaxtı Romada keçirilən ITECX"25 – Fibonacci Beynəlxalq Mühəndislik, Texnologiya və Riyaziyyat Konqresində Marsol Academy-nin "Gələcəyin Sahibkarları" layihəsinin iştirakçıları ölkəmizi uğurla təmsil ediblər. 23 noyabr tarixində baş tutan nüfuzlu tədbirdə dünyanın müxtəlif ölkələrindən 623 komanda və 1258 şagird iştirak edib.
azxeber.com xəbər veirr ki, yarışmada Azərbaycanı təmsil edən Marsol Academy komandası "VRITY" adlı innovativ layihə ilə 1-ci yerə layiq görülüb.
Komandaların uğurları bununla məhdudlaşmayıb. Digər iştirakçılar da Nopick – Best Team, Nutrizadeh – Best Idea, VRITY – Best Presentation kimi müxtəlif nominasiyalarda yüksək nəticələr əldə ediblər
Bu nəticələr Marsol Academy şagirdlərinin yaradıcılığı, əzmi və peşəkar hazırlıq prosesinin effektivliyinin bariz göstəricisi kimi dəyərləndirilir. Qurum rəhbərliyi komandaların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsini xüsusi qürurla qeyd edib.
Məlumata görə, Marsol Academy-nin "Gələcəyin Sahibkarları" layihəsi çərçivəsində hazırlanan işlərin bir qismi ilkin mərhələdə International Journal of Trends and Developments in Education jurnalında məqalə kimi dərc olunacaq. Digər layihələr isə Interdisciplinary Educational Research Journal, Gaziantep University Journal of Sport Science, The Journal of Operations Research, Statistics, Econometrics and Management Information Systems, Anatolian Turkish Journal of Education, Journal of Transportation and Logistics, Journal of Information Analytics kimi nüfuzlu elmi nəşrlərdə yer alacaq.
2023-cü ildə yaradılan Marsol Academy XXI əsrin bacarıqlarını real təcrübə ilə birləşdirən, inkişaf, təhsil və xidmət sahələrini əhatə edən yaradıcı platforma kimi fəaliyyət göstərir. Akademiya müxtəlif yaş qruplarına yönəlmiş təlimlər, tədbirlər və inkişaf proqramları təşkil edərək iştirakçıların uzunmüddətli kompetensiyalar əldə etməsinə şərait yaradır. Bununla yanaşı, qurum həm yerli, həm də beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıqlara əsaslanan layihələr həyata keçirir.
Marsol Academy komandasının ITECX"25 College Congress-də qazandığı uğur Azərbaycan gənclərinin qlobal səviyyədə rəqabətə davamlı olduğunu bir daha təsdiqləyib.










Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır