Mart soyqırımının araşdırmaçısı DANIŞDI: "Qara dənizdən "Xəzər"ə kimi..."

Mart soyqırımının araşdırmaçısı DANIŞDI: "Böyük dövlətlər zaman-zaman Osmanlı imperiyası və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və onun varisi olan Azərbaycan Respublikasına qarşı "erməni kartı" və "erməni amili"ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. "Dənizdən-dənizə böyük Ermənistan" və ya "Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan" yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş "ermənilik" ideyasını yayan məhz "Daşnaksütyun" partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə siyasətini həyata keçiriblər."
Bu fikirləri KONKRTET.az-a açıqlamasında tarixçi Sübhan Talıblı səsləndirib.
Mart soyqırımının araşdırmaçısı DANIŞDI: "1918-ci ildə Azərbaycan torpaqlarında ermənilərin törətdiyi soyqırımlarla bağlı araşdırmalar aparılıb. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) soyqırımı sənədləşdirmək və cinayətləri araşdırmaq məqsədilə fəaliyyət göstərib. Bu araşdırmalar çərçivəsində, Şamaxı, Quba, Göyçay, Cavad kimi bölgələrdə baş vermiş qırğınlar, kütləvi qətliamlar və erməni silahlı dəstələrinin vəhşilikləri ətraflı şəkildə sənədləşdirilib. Hadisələrin beynəlxalq arenada tanıdılması üçün 1998-ci ildə Ulu Öndən Heydər Əliyevin fərmanı və 2008-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı mühüm rol oynayıb".
Tarixçi aimin sözlərinə görə, sənədlərdə 1918-ci ildə Neftçala ərazisində baş vermiş soyqırım hadisəsi də ətraflı təsvir olunub:
"Bu bölgədə erməni-daşnak və bolşevik qüvvələrinin həyata keçirdikləri soyqırımı faktları tarixi sənədlər və şahid ifadələri əsasında təqdim olunur. Azərbaycan tarixinin bu qaranlıq dövrünün dəqiq araşdırılması və sənədləşdirilməsi, gələcək nəsillərə ədalətli və obyektiv tarixi biliklərinin ötürülməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. 1918-ci ilin iyun ayında erməni-daşnak quldur dəstələri Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gələrək ətraf kəndlərə hücum ediblər. Onlar qarət, soyğunçuluq və qətliamlar törədiblər. Soyqırımın miqyası çox geniş olub. Bakıda 15-20 min, Şamaxıda 8 min insan qətlə yetirilib, Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Şərqi Anadoluda, İrəvan quberniyasında, Zəngəzurda, Cənubi Azərbaycanda və Lənkəranda on minlərlə azərbaycanlı qətlə yetirilib, yüz minlərlə insan qaçqın düşüb".
Tarixçi qeyd edir ki, soyqırımın tarixi həqiqətləri həm yerli, həm də dünya ictimaiyyətinə çatdırılmalıdır. Gənclərimiz bu soyqırımın miqyası, səbəbləri və nəticələri barədə məlumatlandırılmalıdır. Bu soyqırımı unutmaq olmaz. Çünki unutmaq təkrar yaşamaq deməkdir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 31 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri xeber.az cəbhədən ən son xəbərlər qarabag