Masallıda ana və iki övladının öldüyü yanğının TƏFƏRRÜATI
Masallının Hüseynhacılı kəndində evdə baş verən yanğının təfərrüatı məlum olub.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Alim İbad oğlu Kəlbiyevə məxsus ikimərtəbəli, ümumi sahəsi 300 kvadratmetr olan yaşayış evində qeydə alınıb. Hadisə zamanı 38 yaşlı Gülnaz Kəlbiyeva, 11 yaşlı oğlu Elbrus Kəlbizadə və 10 yaşlı oğlu Elviz Kəlbizadə yanaraq ölüb.
Yanğın zamanı daha iki nəfərin yanıq xəsarətləri aldığı bildirilir. Bunlar Nərminə Kərim qızı Kəlbiyeva (1959-cu il təvəllüdlü) və Rusiya vətəndaşı, ailəyə qonaq gəlmiş 1991-ci il təvəllüdlü İsmayıl Süleyman oğlu Abbasovdur. İ.Abbasov ikinci mərtəbədən aşağı tullandığından müxtəlif travmalar alıb
Hadisə ailə üzvləri yatan zaman baş verib. İlkin məlumata görə, kənddə işıqlar söndüyündən onlar şam yandırıblar. Ailə yatan zaman şam nəzarətsiz qalıb və ev alışıb.
Turlar.az [newsid: 0-123300]

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır