Masallıda bir ailənin FACİƏSİ - Ölən və yaralananlar var
Masallıda yol nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Apa-nın cənub bürosunun xəbər verir ki, hadisə gecə saatlarında Ələt-Astara magistralında, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayonunun Sütəmurdov kənd sakini 72 yaşlı Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ağır tonajlı (TIR) yük avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər Lənkəran rayonunun Sütəmurdov kənd sakinləri 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.
Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.
1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.
2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto