Masallıda mayor Anar Novruzovun şəhadətinin ikinci ildönümü keçirildi - FOTOLAR

Masallıda mayor Anar Novruzovun şəhadətinin ikinci ildönümü keçirildi - FOTOLARMasallı rayonunun Ərkivan qəsəbəsində Aprel və Tovuz döyüşləri qəhrəmanı, mayor Anar Novruzovun şəhid olmasının ikinci ildönümü keçirilib.
Asiya.az xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə müəssisə rəhbərləri, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri, şəhidin doğmaları, hərbçi yoldaşları, media nümayəndələri iştirak ediblər.
Şəhidin uyuduğu qəbiristanlıqda məzarı önündə keçirilən mərasimdə əvvəlcə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid zabitin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Tədbirin aparıcısı yazıçı-publisist Nurəddin Ədiloğlu torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Anar Novruzovun xatirəsinin masallıların qəlbində əbədi yaşayacağını qeyd edərək şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisaslarının alındığını bildirib.
Şəhidin qardaşı Sucəddin Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Anım tədbirində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, Millət vəkili Məşhur Məmmədovun köməkçisi Əli Nağıyev, şəhidin döyüş yoldaşı Polkovnik-leytenant Elmar Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə Qazisi Ağarəşid Talıbov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər. Çıxışlarda Azərbaycan ordusunun möhkəmlənməsindən, İyul  döyüşlərinin əhəmiyyəti, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən danışılıb.
Şəhidin Aprel və Tovuz döyüşlərində göstərdiyi şücaətindən söz açan hərbçi yoldaşları, Vətən müharibəsi iştirakçıları Anarın qəhrəmanlıq nümunəsinin hər birimiz, xüsusilə gənclər üçün böyük fəxr və örnək olduğunu bildiriblər. Vurğulanıb ki, onun kimi Vətən oğullarının hünəri Zəfərin qazanılmasının əsas təməli oldu.
Rəsmi tədbirdən sonra şəhid üçün ehsan verilib.

Sosial       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne krminal bu gun qurban bayrami 2026 xeber.az 2026