Masazırda 11 yaşlı qız zorakılığa məruz qalıb? – RƏSMİ
Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Əsmir adlı uşağın zorakılığa məruz qalması ilə bağlı sosial mediada yayılan xəbərə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma aparılıb, təxirəsalınmaz tədbirlər görülüb.
KONKRET.az bildirir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli deyib.
O bildirib ki, aparılan araşdırma nəticəsində uşağa qarşı törədilən zorakılıq əməlinə dair məlumat öz təsdiqini tapmayıb.
"Belə ki, Abşeron Rayon Polis İdarəsi tərəfindən 2014-cü il təvəllüdlü (11 yaş) olduğu müəyyən edilən Əsmirin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Uşağın doğum haqqında şəhadətnaməsi olsa da şəxsiyyətini təsdiq edən sənəd yoxdur və bu səbəbdən də uşaq təhsildən yayındırılıb. Onun təhsilə cəlb olunması və şəxsiyyət vəsiqəsi ilə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir", – B.Həsənli qeyd edib.
Qeyd edək ki, sosial mediada yayılan xəbərlərdə Əsmirin anası və digər şəxslər tərəfindən zorakılığa məruz qaldığı iddia olunub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq