Maşın bazarında QAN TÖKÜLDÜ

Maşın bazarında QAN TÖKÜLDÜCəlilabad rayonunda 1968-ci il təvəllüdlü Sarıbala Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şəmsəddin Rüstəmovu qətlə yetirib.
Sarıbala 16 yanvar 2022-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Cavadxan küçəsində yerləşən "Maşın bazarı" adlanan ərazidə Cəlilabad şəhər sakini Şəmsəddin ilə avtomobil alqı-satqısı ilə bağlı aralarında yaranmış mübahisə zamanı özünə məxsus avtomobildən bıçaq götürüb və ona yaxınlaşıb.
Sarıbala Şəmsəddinin ona qarşı nalayiq sözlər deməsinə iradını bildirib və əlindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. Həmin gündən etibarən yerləşdirildiyi tibb müəssisələrində stasionar qaydada müalicəsi davam etdirilən Şəmsəddinə göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, həmin ilin martın 29-da müalicə aldığı xəstəxanada ölüb.
Hadisəni törədən Sarıbala barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sarıbala ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 16 yanvar 2022-ci ildə, səhər saatlarında oğlu Vüsala avtomobil almaq məqsədilə onunla birlikdə özünə məxsus VAZ-2106 markalı avtomobillə Cəlilabad şəhərində İran bazarı adlanan ərazidə yerləşən maşın bazarına gedib: "Bazarda olarkən rayon sakini Şəmsəddinlə aramızda avtomobilin pulu ilə bağlı mübahisə yarandı. Mübahisə zamanı Şəmsəddin mənə qarşı nalayiq ifadələr işlədərək boğazımdan yapışdı, məni boğdu. Sonra isə yumruqla vuraraq dişimi sındırdı. Bu zaman özümü müdafiə etmək üçün avtomobilimdə olan bıçağı götürdüm və onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurdum. Sonra rayon polis şöbəsinə gedərək könüllü təslim oldum. Polis şöbəsində olarkən hadisə barəsində ətraflı izahat və ifadələr vermişəm, bıçağı könüllü olaraq istintaqa təqdim etmişəm. Şəmsəddini öldürmək fikrim olmayıb. O, mənə söyüş söydüyü üçün onu qorxutmaq məqsədilə xəsarət yetirmişəm. Himayəmdə heç bir yerdə işləməyən arvadım və bir azyaşlı uşağım var. Təqsirimi qismən etiraf etməklə əməlimdən peşmançılıq keçirirəm".
İş üzrə zərərçəkmiş Şəmsəddin Rüstəmovun hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, hadisə vaxtı orada olmayıb: "16 yanvar 2022-ci ildə xatırlamadığım şəxs telefonla mənə zəng edərək qardaşım Şəmsəddinin bıçaqlandığını dedi. Xəbəri eşidərək xəstəxanaya getdim. Şəmsəddinin üzərində əməliyyat aparıldı, aldığı ağır xəsarətlə bağlı bir neçə dəfə müəyyən xəstəxanalarda müalicə olundu. Üç aydan sonra dünyasını dəyişdi. Qardaşım xəstəxanada müalicə olunarkən təqsirləndirilən şəxsin qohumları tərəfindən ona heç bir maddi yardım və mənəvi köməklik göstərilməyib. Təqsirləndirilən şəxsi bağışlamırıq".
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sarıbala 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.//Demokrat.az / konkret.az

Hadisə       Tarix: 29 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər xeber.az son xeberler sou xeberler bugun cəbhədən son durum