Mayamidə faciəli şəkildə ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi
ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən azərbaycanlı gənc Ceyhun Sadibəylinin cənazəsi Azərbaycana gətirilib.
azxeber.com-un Oxu.Az-a istinadən məlumatına görə, C.Sadıqbəyli dünən Suraxanı rayonu, Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib.
Xatırladaq ki, hadisə Mayamidəki "South Beach" adlanan çimərlikdə baş verib. Orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümdən qurtaran Ceyhun özü boğularaq həlak olub.
Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.
Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.
Xidmetler [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA