"McDonald's Azərbaycan"ın "Gənc yazarlar" layihəsi 50 uşağın həyatında unudulmaz hadisə oldu – FOTO

Bu ilin iyun ayında "McDonald"s Azərbaycan"ın CARE GROUP şirkəti ilə birgə başlatdığı "Gənc yazarlar" layihəsinin Gəncədə bağlanış mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, layihənin iştirakçıları Gəncə şəhərində yerləşən "McDonalds Azərbaycan" restoranına dəvət olunub, onlara üçün əyləncəli proqram və ziyafət təşkil edilib. Sonra layihə çərçivəsində uşaqların yazdığı nağılların yer aldığı kitabın təqdimatı keçirilib.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 50 uşaq üçün "Art-terapiya" və "Koqnitiv davranış terapiyası" üsulları üzrə psixologiya təlimləri keçirilib. Dünyada geniş tətbiq olunan bu üsullar qorxuya qalib gəlmək və ümumiyyətlə psixoloji vəziyyəti yaxşılaşdırmaq baxımından özünü yaxşı tərəfdən göstərib.
Layihə 6 ay ərzində bir neçə mərhələdə həyata keçirilib. Uşaqlara yaradıcılıq üçün zəruri hər şeyin daxil olduğu "gənc yazar" dəsti paylanılıb, onlar üçün ustad dərsləri keçirilib. Ustad dərsi çərçivəsində uşaqlara hekayələr yaratmağın və süjet qurmağı yolları aşılanıb. Layihənin təşkilatçıları əmindirlər ki, öz yaradıcı məhsullarını ərsəyə gətirmək uşaqlara müsbət terapevtik təsir göstərəcək.
Qeyd edək ki, layihə zamanı uşaqların yazdığı nağılların daxil edildiyi toplu geniş ictimaiyyətə təqdim olunacaq. Bu kitabla tanış olmaq istəyənlər üçün Gəncədə (Heydər Əliyev Prospekti 433, Gəncə Mall ticarət mərkəzi) və Bakıda (Yasamal Rayon, Hüseyn Cavid Prospektində 100) yerləşən "Libraff" kitab mağazalarına yaxınlaşa bilərlər. Kitablar xüsusi ayrılmış stendlərdə təqdim olunacaq. Burada hər kəs onları pulsuz şəkildə götürüb kafedə və ya birbaşa "Libraff" mağazasında oxuya bilər.
Korporativ sosial məsuliyyət hər zaman "McDonald"s" şirkətinin korporativ fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olub. "McDonald"s"ın 22 ildən çoxdur ki, Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti çərçivəsində çoxsaylı müxtəlif səpkili layihələr, o cümlədən uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərilib. "McDonald"s" şirkəti inanır ki, birlikdə həyati çətinliklərlə üzləşmiş uşaqlara kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.

İqtisadiyyat       Tarix: 30 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri en yeni xeberler son xeberler 2026 cəbhədən şad xəbər