"McDonald"s Azərbaycan"ın "Xoş anlarla birlikdə" adlı növbəti xeyriyyə aksiyası uğurla həyata keçirilib - FOTO
Xəbər verdiyimiz kimi, noyabrın 1-dən 20-dək bütün "McDonalds Azərbaycan" restoranlarında "Xoş anlarla birlikdə" adlı xeyriyyə aksiyası keçirilib.
Aksiyanın simvolu ən yaxşı insani keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, səmimiliyi və mehribanlığı təcəssüm etdirən ürək formalı stiker olub.
Belə ki, "McDonalds Azərbaycan" hər bir qonağa ürək stikeri alaraq, üzərinə öz adlarını yazıb restoranının divarına yapışdırmaq imkanı yaradıb. Xüsusi stikerlərin, həmçinin aksiyanın son günündə (noyabrın 20-də) kartof frinin satışından əldə olunan gəlir xeyriyyə məqsədilə yönəldilib.
Nəticədə, aksiyanın keçirildiyi 20 gün ərzində əldə olunan 15150 AZN "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyinin mərkəzi üçün reabilitasiya avadanlıqlarının alınmasına yönəldiləcək.
"Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyi mərkəzinin sakini olan balacalar dekabrın 1-də "McDonalds Azərbaycan" restoranlarından birinə dəvət olunub, orada dadlı yeməklərdən dadaraq əyləniblər. Görüşdə mərkəzin nümayəndəsinə aksiya zamanı toplanan məbləğin əks olunduğu sertifikat təqdim olunub.
Korporativ sosial məsuliyyətə böyük önəm verən "McDonalds Azərbaycan" şirkəti "balacaların böyük problemləri olmamalıdır!" prinsipini rəhbər tutur. Azərbaycan bazarında fəaliyyət göstərdiyi illər ərzində şirkət xeyriyyə tədbirlərinin keçirilməsinə xüsusi diqqət yetirir, uşaq evlərinə, tibbi yardım fondlarına və s. dəstək verir.
"McDonalds Azərbaycan" bu aksiyada iştirak edən bütün qonaqlara təşəkkür edir. Biz birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatını yaxşılaşdıra bilərik!






/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu