MDB Oyunları: Azərbaycan güləşçiləri 3-cü qızıl medalı qazandı - YENİLƏNDİ

MDB Oyunları: Azərbaycan güləşçiləri 3-cü qızıl medalı qazandı - YENİLƏNDİAzərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 130 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikita Kovalski ilə qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Məmmədov Azərbaycana 3-cü qızıl medalı qazandırıb.
xxx
20:00
Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 87 kq çəki dərəcəsindəki idmançı Özbəkistan təmsilçisi Şəhriyar Juraboyevlə qarşılaşıb.
Rəqibini 3:1 hesabı ilə məğlub edən Vəliyev yarışda 3-cü yeri tutub.
77 kq-da çıxış edən Elcan Məmmədov isə bürünc medal görüşündə qazaxıstanlı Rəsul Junisə uduzub - 0:9.
xxx
19:06
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.
Publika.az xəbər verir ki, 72 kq-da yarışan idmançı finalda rusiyalı Dmitri Adamova 0:8 hesabı ilə uduzub.
xxx
18:39
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 67 kq-da mübarizə aparan Həsrət Cəfərov qızıl medal uğrunda qazaxıstanlı Qoşqar Məhəmməd ilə üz-üzə gəlib.
7:5 hesablı qələbə qazanan yığmanın bayraqdarı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
xxx
17:26
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Publika.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Nurməhəmməd Abdullayevlə (Qırğızıstan) üz-üzə gəlib.
Rəqibinə 7:1 hesabı ilə qalib gələn Məmmədli bürünc medal qazanıb.
xxx
17:12
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.
Bu, Azərbaycan komandasının I MDB Oyunlarında ilk medalı olub.

İdman       Tarix: 03 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən son xeber krimnal xeber valyuta mezenesi