Mədəkiçiltmə əməliyyatından sonra ölən 24 yaşlı Vüqarla bağlı - YENİ DETAL
AzTV-nin əməkdaşı Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından sonra vəfat etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı 24 yaşlı Vüqarın dostları ailəyə istinadən məlumat veriblər.
Onlar bildiriblər ki, ilkin məlumata əsasən, Vüqar xəstəxanadan evə buraxıldıqdan sonra xeyli miqdarda su içib, bundan sonra vəziyyəti ağırlaşıb: "Ailəsi deyir ki, həkim göstərişi ilə yeməyi və suyu kiçik həcmdə qəbul etməli idi. Lakin Vüqar əməliyyatdan sonra, evdə valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib.
Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib. Valideyninin dediyinə görə, təcili tibbi yardım briqadası evə çağırılıb, lakin, o, xəstəxanaya aparılarkən dünyasını dəyişib".
Ötən gün vəfat edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də sürücüsü 24 yaşlı Vüqar Rəsulov bu gün Şəki rayonunda dəfn edilib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var