Medera hospital'dan vəfat edən işçi ilə bağlı - AÇIQLAMA
Bu gün bir çox saytlarda Bakıda fəaliyyət göstərən "Medera Hospital"da plastik əməliyyat etdirən Aygün Abbasova adlı qadının vəfat etdiyi barədə məlumat yayılıb. Vəfat edən qadının "Medera Hospital"da qeydiyyatçı işlədiyi bildirilir.
Məlumata görə, sözügedən qadın bir neçə gün öncə elə həmin klinikada çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra qadın dünyasını dəyişib.
azxeber.com yayılan iddialarla bağlı "Medera Klinika" ilə əlaqə saxlayıb.
Klinikanın mövzu ilə bağlı rəsmi açıqlamasını təqdim edirik:
Medera hospitalın hüquqşunası Xeyransa Babayeva tərəfindən hospitalın işcisı mərhum Abbasova Aygünün qəfləti ölümü ile bağlı məlumat vermək istəyirik.
Açıqlamamız ondan ibarətdir ki, mərhum bizim 10 illik əməkdaşımız olub, çox etibarli, aktiv, işini bilən işçi olub və hospitalın kollektivi tərəfindən çox sevilib.
Mərhumun 05.06.2023 tarixində vəfatı ilə bağlı mətbuatda xoşagəlməz şayiələr yayılıb.
Nəzərinizə çatdırmaq istiyirik ki, hazırda mərhumun ölüm səbəbi ilə bağlı ekspertizanın rəyini gözləyirik. Rəy gəldikdən sonra mətbuata tam şəkildə açıqlama veriləcək.
Sadəcə biz mətbuatın bu yanlış açıqlaması ilə bağlı bəzi məqamlara diqqət yetirməsini istiyirik, çünki mövzu çox həssas mövzudur.
Mərhum öz qərarı ilə əməliyyat olmaq istəyib, Medera hospitalın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirilib
Əməliyyat öncəsi müayinələrdən keçdikdən sonra əməliyyata qərar verib. Əməliyyatı fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra evə yazılıb, lakin evində kiçik yaşlı uşağın olmasını əsas gətirərək 2 gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini trobemboliya qoyub.
Aygün Abbasovanin ölümü ilə bağlı əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaqdır. Ona görə də sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yazarkən və bu barədə fikir bildirərkən şəxslərin diqqətli olmasını xahiş edirik.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır