Məhkəmə "Toplum tv" işi üzrə saxlanılanlar barədə qərar qəbul edib
Bakı şəhəri Xətai Rayon Məhkəməsi "Toplum TV" işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib.
"Report" xəbər verir ki, bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərarla Akif Qurbanov, Ramil Babayev və İlkin Əmrahovun hər biri 4 ay müddətə həbs olunublar.
Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR