Məhkəmə Yevlaxda yataqxananı yandıran şəxslə bağlı qərar verdi
Yevlaxda beşmərtəbəli yataqxana binasında qəsdən yanğın törətməkdə şübhəli bilinən Murad Əliyev məhkəmə qarşısına çıxarılıb.
KONKRET.azApa-ya istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Murad Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə avqustun 9-da qeydə alınıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Yayılan xəbərlərə görə, Murad Əliyev həmin vaxt sərxoş vəziyyətdə olub. Hadisəni törətməsinə səbəb isə həyat yoldaşı ilə aralarındakı mübahisə olub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR