Məhkumun əl işi gəlir gətirir
"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi azadlıqdan məhrum olan qadınlara maddi və mənəvi dəstəyi davam etdirir.
azxeber.com xəbər verir ki, birliyin sədri Firuzə Cəlilova məhkum qadınların sosial problemlərinin həlli istiqamətində bir sıra layihələr hazırladıqlarını söyləyib. Məlumdur ki, həyata dəmir barmaqlıqlar arasından baxan qadınların məşğulluğunu təmin etməq məqsədi ilə həbsxanalarda müxtəlif peşələlər üzrə fəaliyyət üçün şərait yaradılıb. Yaradılan şəraitə görə potensialını önə çıxarıb əl işləri hazırlayan məhkum qadınlar bunları satmaqla maddi gəlir əldə etməyi arzulayıblar. "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi bu arzunu gerçək etdi.
Birlik azadlıqdan məhrum olan qadınların əl əməyini böyük kütləyə çatdırmaq üçün sosial şəbəkələrin geniş auditoriyasından yararlanmağın vacibliyini düşünüb. @mehkumun_el_ishi adlı instagram səhifəsi artıq aktivdir. Səhifədə onlarla məhkum qadının əl əməyi sərgilənir.
Təbii ki, burda məqsəd təkçə onları nümayiş etmək deyil, eyni zamanda satışı həyata keçirməkdir. "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi əhalini bu xoşməramlı addıma laqeyid qalmamağa çağırır. @mehkumun_el_ishi instagram səhifəsinə daxil olub dəyərli əl işlərini münasib qiymətə əldə edib, gözü yolda qalanlara sevinc bəxş etməyə tələsin.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi