Mehriban Əliyeva Simonyanı susdurdu - VİDEO

Mehriban Əliyeva Simonyanı susdurdu - VİDEOFevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.
Görüş zamanı Mehriban Əliyeva "RT" telekanalının və "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın guya Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa qoyulması iddialarına sərt cavab verib.
"Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır.
Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı. O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı.
Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır.
Nə üçün indi bu barədə danışıram, - o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, - onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi:
"Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım". Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur.
Birinci müharibə illərində bizdə 1 milyona yaxın qaçqın olub. Bu günü görmək arzusu ilə yaşayanların çoxu dünyasını dəyişib, sağ qalanlar üçün indi, əlbəttə, xoşbəxt günlərdir. Təbii ki, bu insanların ailələri var, tanışları var.
Belə vəziyyətlər yarananda, həqiqətən Prezidentin vurğuladığı kimi, ilk növbədə, onları qorumaq lazımdır. Ona görə ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, - bu, bəlkə də təbiidir.
Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Məhz bu səbəbdən dövlət, - indiki halda Prezident Azərbaycan dövlətinin adından danışır, - Azərbaycana gələn hər kəsi qorumalıdır. Lakin dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir. Mən məktəbdə oxuyanda bizim sinif çoxmillətli idi – ermənilər, ruslar, yəhudilər, azərbaycanlılar...
Hətta deyə bilmərəm ki, mənim sinfimdə azərbaycanlılar əksəriyyət təşkil edirdi, - yadınızdadırsa o vaxt bir sinifdə 45 şagird olurdu. Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik.
Hesab edirəm ki, bu məziyyət Azərbaycan xalqının ən yaxşı cəhətlərindən biridir və o, yox ola bilməz. Bu gün belə olması tamamilə izah edilə biləndir və təəssüf ki, bunun baş verməsinin tarixi səbəbləri var", - deyə birinci vitse-prezident qeyd edib.
Mehriban Əliyeva Marqarita Simonyanın "Sizinlə bir sinifdə oxuyan ermənilər yəqin ki, artıq Azərbaycanda yaşamırlar, onlar gələ bilərlərmi? Mən bunu soruşuram. İndi mən tarixə varmaq istəmirəm" fikirlərinə "Əlbəttə, Marqarita, gələ bilərlər" deyə cavab verib.

Siyasi       Tarix: 25 fevral 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər şou biznes xəbərləri son xeberler azerbaycan cəbhədən son görüntülər