Məhsətiyə hörmətsizlik narazılıq doğurdu - Şeyx Əbdüldən açıqlama

Məhsətiyə hörmətsizlik narazılıq doğurdu - Şeyx Əbdüldən açıqlamaSabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı film ictimai xadimlər və cəmiyyət arasında narazılıq yaradıb. Filmdə Məhsəti Gəncəvi əxlaqsız kimi təqdim edilir, Azərbaycan mədəniyyətinə hörmətsizlik və milli dəyərlərin məqsədli şəkildə alçaldılması diqqət çəkir. 
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib.
Məhsətiyə hörmətsizlik narazılıq doğurdu - Şeyx Əbdüldən açıqlamaMəsələ ilə bağlı xalq artisti Şeyx Əbdül azxeber.com-a açıqlamasında deyib ki, bu film xanımın öz şəxsi hesabına çəkilib:
"Film heç bir mənbədən, heç bir dövlət təşkilatından, kino fondlarından maliyyələşdirilməyib. Sadəcə olaraq, həmin xanım o  qısametrajlı filmi ilə Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) müraciət edib. ARKA isə filmə baxdıqdan sonra filmin nümayişini məqsədəuyğun hesab etməyib. Məni narahat edən, mənə ağırlıq verən milli-mənəvi dəyərlərimizə gənclərimizin belə yanaşma tərzidir. Başqa millətlər özləri üçün olmayan tarixi belə uydurub dəyər yaradırlar. Bizdə isə Allahın verdiyi minillik dəyərlər, mədəniyyət, sənət var. Lakin bunları təhrif etməklə, pis formada təqdim etməklə məşğuluq. Belə münasibət təkcə Məshətiyə deyil, Şah İsmayıl Xətaiyə, Ağa Məhəmməd Şah Qacara, Babək Xürrəmiyə də olub".
Tanınmış sənətkar qeyd edib ki, Rubayi janrının yaranışı Ömər Xəyyəmə yox, Qətran Təbriziyə məxsusdur:
"Rubai janrının yaranışı Ömər Xəyyəmə yox, Qətran Təbriziyə məxsusdur. Yəni Azərbaycana məxsusdur. Qətran Təbrizi rubayi janrının ilk nümunələrini yazdığı zaman Ömər Xəyyəm hələ anadan olmamışdı. Yəni poeziyada rubayi janrını bir forma kimi kəşf edən və ilk dəfə qələmə alan Qətran Təbrizidir. Bununla Ömər Xəyyamım böyüklüyünü inkar etmirəm. 
Ömər Xəyyam də böyük dahilərdən biridir, amma rubai janrını kəşf edən o olmayıb. Ömər Xəyyəm bu hazır poeziya formasından çox böyük əsərlər yaradıb.  Bu janrın ən mükəmməl nümunələrindən biri də Məshəti Gəncəvidir.
Rubayi janrının stilistikası isə obrazlı ifadələr, paralellər və bənzətmələr üzərində qurulub".
Şeyx Əbdül əlavə edib ki, Məshəti xanım dövrünün ən böyük siyasi və ictimai xanımı olub:
"Sən janrın mahiyyətini başa düşmədən Avropaya bənzəmə meyli ilə böyük bir şəxsiyyətin obrazını təhrif edib pornoqrafik səviyyədə təqdim edə bilməzsən. Məshəti xanım dövrünün ən böyük siyasi və ictimai xanımı olub. Dünyada hələ qadınların kim olduğu bəlli olmayan vaxtlarda sənin Məhsəti Gəncəvi, Aləmşah Bəyim, Möminə Xatun, Səray Xatun, Tomris kimi dahi qadın şəxsiyyətlərin mövcud olub. O hökmdar sayarlarında baş məsləhətçilik edib. 800–900 il bundan əvvəl Şərq dünyasında qadınlar arasında şahmat üzrə çempion olmuş bir şəxsiyyətdir. O, hökmdarlara dərs verən, əxlaq və mənəviyyat dərsi keçmiş bir qadın idi. Məshəti Gəncəvi elə-belə adi insan olmayıb. Adı belə bizə məxsus olmayan şəxsin əxlaqına bax? Onun Məshəti haqqında ərsəyə gətirdiyi film qəbuledilməzdir".
Kinorejissor deyib ki, belə şəxslər bizi dünyaya əxlaqsız kimk təqdim etmək istəyir:
"Onun kimi şəxslər bizi dünyaya tərbiyəsiz, əxlaqsız bir millət kimi təqdim etmək istəyirlər. 
Bu bir cinayətdir, mənəvi degradasiyadır. Ümumiyyətlə, bunların fonunda Azərbaycanın  tarixi şəxsiyyətlərinə bu cür yanaşanlar haqqında cinayət işi açmaq lazımdır. Əxlaq polisi olmalı, mənəviyyət polisi yetişdirilməlidir. Çünki artıq bunlar kütləvi hal alıb.
Bir mənada hər şey nəzarətə götürülməlidir". 
Şahanə Ziyad

Sosial       Tarix: 06 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler cəbhədən xəbər cəbhədən video bu gune olan xeberler