Meksika hərbçiləri ABŞ sərhəddini pozdu - Hamısı yaxalandı
ABŞ sərhədçiləri sərhədi qanunsuz keçən 14 Meksika hərbçisini saxlayıb.
Publika.az Röyters-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də Texas ştatının El Paso bölgəsində baş verib.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyindən bildirilib ki, meksikalı hərbçilər iki hərbi maşında olub.
Bir neçə saat saxlanılan hərbçilər sərhədi təsadüfən keçdiklərini, ölkədən qıraqda olduqlarının fərqinə varmadıqlarını bildiriblər.
Hərbçilərdən birində şəxsi istifadə üçün nəzərdə tutulmuş az miqdarda marixuana aşkar edilib.
Onun inzibati məsuliyyətə cəlb olunacağı vurğulanıb.
Hadisə ilə bağlı Meksika hərbi rəhbərliyinə məlumat verilib. Hərbçilərin hamısı bir neçə saat ərzində Meksikaya qaytarılıb.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür