Meksikada DƏHŞƏTLİ QƏZA: 53 nəfər öldü, 60-a yaxın yaralı var
Ötən gün Meksikanın cənubunda miqrantları daşıyan yük maşını iştirakı ilə baş vermiş qəza nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
Publika.az TASS-a xəbər verir ki, bu barədə respublika Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.
Daha əvvəl 49 nəfərin öldüyü, 60-a yaxın yaralının olduğu bildirilirdi.
"Bu ana qədər 53 nəfərin öldüyü, daha üç nəfərin ağır yaralandığı məlumdur", - sənəddə deyilir.
Mərkəzi Amerikanın bir neçə ölkəsinin yerli sakinlərinin olduğu qoşqulu yük maşını cənubdakı Çiapas ştatının inzibati mərkəzi Tuxtla Qutierrez yaxınlığındakı Çiaapa de Korso bölgəsində istinad divarına çırpılaraq aşıb.
Meksika prezidenti Andrés Manuel Lopez Obrador həlak olan əcnəbilərin ailələrinə və yaxınlarına başsağlığı verib və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Bunun üçün mülki müdafiə qüvvələrinin milli koordinatoru Laura Velaskesin rəhbərliyi ilə bölgəyə işçi qrupu göndərilib.
İlkin məlumatlara görə, Qvatemala və Hondurasdan olan miqrantlar ABŞ-la sərhədə çatmağa hazırlaşırdılar. Çiapas qubernatoru Rutilio Eskandon bildirib ki, hakimiyyət faciənin baş vermə şəraiti ilə bağlı hərtərəfli araşdırma aparacaq. Qvatemala prezidenti Alejandro Giammattei qurbanların cəsədlərinin vətənə qaytarılmasına kömək etməyə hazır olduğunu açıqlayıb.
Hüseyn

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
Məşhur aktyor SAXLANILDI
"Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir" - Ekspert
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgilidir?
Hikmət Hacıyev: 4000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir - Qumda yaşanan olaylar zənciri
Neft ucuzlaşdı
Pentaqonda həyacan: Təhlükəli maddə tapıldı və
Şahbaz Şərif: "Dünya sülhə heç vaxt indiki qədər yaxın olmayıb"
İran XİN başçısı: "ABŞ ilə razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq"
Qadağan olunmuş məlumatları "TikTok"da yayan şəxs həbs olundu
Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Pensiyaçılara şad xəbər