Məktəbdə 5-ci sinif şagirdinə qarşı zorakılıq - YENİLƏNİB
Bakı şəhəri, Suraxanı rayonunda 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə iddialara aydınlıq gətirilib.
KONKRET.az Apa-ya istinadən xəbər verir ki, məktəbdən verilən məumata görə, VII sinifdə təhsil alan məktəbli qız (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib.
Məktəb rəhbərliyi dərhal məsələni araşdırmağa başlayıb: "Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb. Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. Valideyn də məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib".
16:46
Suraxanı rayonu 89 saylı məktəbdə 5-ci sinif şagirdi döyülüb.
KONKRET.az xəbər verir ki, belə bir iddia ilə aparıcı Aytən Səfərova çıxış edib. Onun sözlərinə görə, azyaşlı məktəbin tualetində gözü və əlləri bağlanaraq zorakılığa məruz qalıb.
Övladı həmin məktəbdə oxuyan digər valideynər isə uşağın özünə xətər yetirdiyini iddia ediblər.
Faktla bağlı araşdırma aparıldığı bildirilir.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi