Məktəblərdə qızılcanın yayılmasının qarşısını necə almaq olar? - AÇIQLAMA

Məktəblərdə qızılcanın yayılmasının qarşısını necə almaq olar? - AÇIQLAMAHazırda Azərbaycanda qızılca riski davam edir. 2023-cü ilin aprel ayından etibarən qızılca xəstəliyinin alovlanması qeydə alınıb. Xəstəliyin alovlanması nəticəsində, əsasən, qızılcaya qarşı peyvəndi olmayan uşaqlar və yeniyetmələr xəstələnib.
Artıq bu gündən Azərbaycanda yeni tədris ili başlayıb. Məktəblərin açılması ilə uşaqların eyni qapalı məkanda və bir-biri ilə sıx təmasda olması, müxtəlif infeksiyaların, o cümlədən qızılca xəstəliyinin yayılmasına səbəb ola bilər.
Bəs, bu xəstəliklərin qarşısını necə almaq olar?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısını almaq və profilaktik tədbirləri gücləndirmək məqsədilə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər uşaqlar və 11-40 yaş arasındakı əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48.734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək (QPM) vaksini və qızılca-məxmərək (QM) əleyhinə vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir" , - deyə əlavə edilib.
Məsələ ilə bağlı açıqlama verən pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, sentyabr ayından etibarən virusların aktiv olduğu dövr başlayır.
"Xüsusən payız fəslində viral infeksiyalar daha çox yayılır. Bağçaların və məktəblərin açılması altı yaşa qədər uşaqlar arasında infeksiyaların yayılmasına səbəb olacaq.
Bunun qarşısını almaq üçün bir neçə yol var. Birinci növbədə düzgün qidalanma, yuxu rejiminin qaydasında olması vacibdir.
Bundan əlavə, peyvəndlənmə və vaxtında həkim qəbulunda olmaq infeksiyaların qarşısını almağa kömək edə bilər" , - deyə o əlavə edib. / azxeber.com

Sosial       Tarix: 16 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

Sədərək'də biznesmen bıçaqlandı

"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiye

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az sou xeberler bugun hava durumu en son xeberler bu gun