Məktəblərə 'Son zəng'ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə azxeber.com-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə "Son zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərildiyi haqda xəbərlər yayılıb. Xəbərlərə əsasən, təlimatda qeyd olunub ki, bu il keçiriləcək "Son zəng" tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA