Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bıçaqla yaraladı

Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bıçaqla yaraladıQuba rayonunda 2007-ci il təvəllüdlü Vüsal sevgilisi haqqında xoşagəlməz ifadələr işlədən Mahirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 26 avqust 2024-cü ildə Quba rayonunun qəsəbəsində baş verib.
Vüsal qəsəbədə "Çay yolu" və ya "Qəbiristanlıq yolu" adlanan yolun kənarında, meyvə bağı sahəsində qəsəbə sakini Mahirin "Instagram" sosial şəbəkəsində sevgilisinə yazaraq tanışlıq təklif eləməsi, narahatlıq yaratması səbəbindən onunla mübahisə edib.
Mübahisə zamanı Mahirin əvvəlcə sifət və sağ gicgah nahiyəsinə iki yumruq, daha sonra mətbəx bıçağı ilə qarnına iki zərbə vurub.
İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Quba rayonunun qəsəbəsində atası, anası, nənəsi, babası və bir bacısı ilə birlikdə yaşayır: "Orta məktəbin 11-ci sinfində oxuyuram. Mahir mənimlə eyni qəsəbədə yaşayır, onu uşaqlıqdan tanıyıram. Münasibətlərimiz həmişə yaxşı olub. Aramızda hər hansı ədavət və ya düşmənçilik yoxdur".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin avqust ayının ortalarında istifadə etdiyi mobil telefonu itirib: "Bu səbəbdən sevdiyim qızla, yəni mənimlə eyni qəsəbədə yaşayan Aydanla əlaqə yarada bilmədim. Telefonumu itirdikdən bir neçə gün sonra dostum Ramizlə yaşadığımız qəsəbədə görüşdük və bildirdi ki, Mahir tanış olmaq məqsədilə Aydanın "Instagram" hesabını rəfiqəsi Samirədən götürüb, Aydana yazaraq tanışlıq təklif edib. Aydan Mahiri qara siyahıya salıb, Mahir isə başqa hesabdan yenidən yazaraq onu narahat edib. Ramizin telefonundan Mahirə zəng etdim. Zəngə cavab vermədiyi üçün "İnstagram" hesabında öz adımdan yazaraq onu görüşə çağırdım. Mahir cavabda yazdı ki, hazırda Qobustan rayonundadır, Qubaya qayıtdıqdan sonra mənimlə söhbəti həll etməyə gələcək".
Vüsalın sözlərinə görə, avqustun 26-da saat 19 radələrində nənəsinin mobil telefonundan öz "İnstagram" hesabına daxil olub və görüb ki, Mahir ona "haradasan, Qubadayam, gəl görüşək" məzmununda mesaj yazıb.
Vüsal bildirib ki, saat 20 radələrində parkda olub, az sonra Ramiz də ora gəlib: "Təxminən 5-10 dəqiqə sonra Mahir də parka gəlib bizə yaxınlaşdı. Söhbət üçün mən "Çay yolu" və ya "Qəbiristanlıq yolu" adlanan kənar bir əraziyə getməyi təklif etdim ki, camaat bizim mübahisəmizin görməsin. Söhbət etmək üçün kənara getməyimizdən Ramiz narahat oldu, amma bizimlə gələcəyini bildirdi. Üçümüz birlikdə parkdan təxminən 600-700 metr getdikdən sonra yolun kənarında yerləşən ətrafı açıq meyvə bağı sahəsinə keçdik. Mahirdən arxamca danışması və Aydanı hansı səbəbdən narahat etməsinin səbəbini soruşdum. Əvvəlcə heç nəyi etiraf etmədi. Lakin mən Ramizin telefonunu götürərək yazışmaların şəkillərini ona göstərdim. Mahir etdiklərini boynuna aldı".
Təqsirləndirilən şəxs qeyd edib ki, Mahir söhbət əsnasında etdiyi səhvə görə üzrxahlıq etmək əvəzinə, onunla kobud və özündən razı şəkildə danışmağa başlayıb: "Əsəbiləşərək onun sifət nahiyəsinə iki yumruq vurdum. Ramiz dərhal məni tutaraq sakitləşdirməyə başladı. Mən Ramizin əlindən çıxaraq Mahirin başına bir yumruq vurdum. O, bir qədər arxaya çəkildi və əlini belinə atdı. Elə bildim ki, şalvarının kəmərinin altında bıçaq var və belinin üstündəki həmin bıçağı götürərək məni vuracaq. Buna görə onu qabaqlamaq qərarına gəldim. Mahir arxaya çəkilərək əlini belinə atarkən şalvarımın sol yan cibində saxladığım mətbəx bıçağını çıxardım və onun qarın nahiyəsindən iki dəfə vurdum. Bıçaq zərbəsinin təsirindən qarnını tutaraq qışqırmağa başladı. Ramiz isə yaralı vəziyyətdə olan Mahirə kömək etdi. Mən həyəcanlandım, qorxaraq əlimdəki bıçağı kəmərimin altına keçirdim və hadisə yerindən uzaqlaşaraq bağ sahələrinə doğru qaçmağa başladım. Ramiz hadisə yerində qalaraq Mahirə kömək etməkdə davam elədi".
Vüsal bildirib ki, hadisə yerindən təxminən 3 kilometr uzaqlaşdıqdan sonra bağ sahələrinə çatıb: "Gördüm ki, hadisəni törətdiyim bıçaq üzərimdə yoxdur. Başa düşdüm ki, onu yolda düşürmüşəm, amma harada düşürdüyümü bilmirəm. Bağda oturub səhərin açılmasını gözlədim. Səhər saat 7 radələrində yaşadığım evə getdim. Ailə üzvlərimə hadisə barədə danışdım. Atamla birlikdə Quba Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyimi etiraf etdim".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mahirin sözlərinə görə, təqsirləndirilən Vüsalı uşaqlıqdan tanıyır, əvvəllər dostluq münasibətləri olub, son iki ildə münasibətləri soyuyub: "2024-cü il avqust ayının əvvəllərində qız dostum, mənimlə eyni qəsəbədə yaşayan Samirə ilə "İnstagram" sosial şəbəkəsində yazışarkən bildirdim ki, tanış olmaq üçün mənə bir qız tapsın. Samirə rəfiqəsi, bizimlə eyni qəsəbədə yaşayan Aydanı mənə tanışlıq üçün təklif etdi. Samirədən Aydanın kiminləsə sevgili olub-olmadığını soruşdum. Aydanın əvvəllər Vüsalla sevgili olduğunu, lakin ayrıldıqlarını bildirdi. Aydanın həyatında heç kimin olmadığını öyrəndikdən sonra tanışlığa qərar verdim. Samirə mənə Aydanın "İnstagram" səhifəsini verdi. Samirə Aydana mənim tanış olmaq istəyimi dedikdən sonra ona "İnstagram"da yazaraq əlaqə saxlamağa başladım. Bir-iki gün yazışdıqdan sonra Aydan mənə yazdı ki, bizdə alınmaz. Səbəbi soruşduqda bunun mənə aid olmadığını bildirdi, məni qara siyahıya saldı".
Mahir qeyd edib ki, Vüsal ondan Aydanı narahat etməyinin, Aydanın rəfiqəsi Samirəyə onun arxasınca danışmağının səbəbini soruşub: "Vüsala dedim ki, sən qıza qarşı təhqiramiz söz işlətmisən, bu, düzgün hərəkət deyil. Mən səni necə tanımışamsa, Samirəyə elə də demişəm. Bu cavabımdan sonra Vüsal qəflətən sifət və sağ gicgah nahiyəmə iki yumruq vurdu. Ramiz dərhal onu tutaraq sakitləşdirməyə çalışsa da, yenə mənə yumruq atdı. Mən də özümü müdafiə üçün Vüsala yumruq zərbələri atdım. Atdığım yumruq zərbəsi Vüsala yox, onu sakitləşdirməyə çalışan Ramizin sifətinə dəydi. Ramizin üzünə yumruq dəyəndən sonra əlləri boşaldı. Vüsal onun əlindən çıxaraq baş nahiyəmə yumruq vurdu. Sonra cibindən bıçaq çıxararaq qarın nahiyəmin sağ və sol tərəfinə iki zərbə endirdi. Gözlərim qaraldı, huşumu itirdim. Bir neçə dəqiqə sonra gördüm ki, Ramiz üzümə əli ilə vuraraq məni oyatmağa çalışır. Ramiz yaxınlıqda yaşayan, "Dədə" adıyla tanınan Pənahı köməyə çağırdı. Məni Əlinin avtomobili ilə xəstəxanaya apardılar".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

Hadisə       Tarix: 10 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Almaniyanın Bremen şəhərində autizmdən əziyyət çəkən 18 yaşlı gənc sərnişinlərlə dolu marşrut avtobusunu qaçıraraq xəyali marşrut üzrə idarə edib. bildirir ki, bu barədə NDR teleradio şirkəti yerli polisə istinadən məluma

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com