"Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı

"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir".
azxeber.com xəbər verir ki, bu fikirləri "Azərbaycan müəllimi"nə Xalq şairi Sabir Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində mövcuddur:
"Hələ bolşevik inqilabından əvvəl-Çar Rusiyası dövründə rus-tatar məktəblərində xüsusi şagird geyimləri vardı. Bütün şagirdlər həmin geyimlərdən istifadə edirdilər. Bu gün də dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə məktəb və liseylərin özünəməxsus formaları var. Bəzi ölkələrdə geyim formaları məktəbdən-məktəbə fərqlənir, bəzilərində isə ölkə üzrə vahid forma tətbiq olunur. Yəni bu, yeni məsələ deyil və biz burada özümüzdən heç nə icad etmirik".
S.Rüstəmxanlı bildirib ki, vahid məktəbli formasının əsas üstünlüklərindən biri uşaqlar arasında maddi və sosial fərqlərin nəzərə çarpmamasıdır:
"Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır".
Xalq şairi öz məktəb illərini xatırladaraq vahid geyim formasının şagirdlərdə kollektivə bağlılıq və intizam hissi formalaşdırdığını da qeyd edib:
"Mən özüm rayonda internat məktəbində oxumuşam. Bizə ildə iki dəfə məktəbli geyimi verilirdi və hamımız eyni formada dərsə gedirdik. Bu bizim üçün sanki bayram idi. Hamımız özümüzü bir kollektivin üzvü kimi hiss edirdik. Mənə elə gəlir ki, eyni formada məktəbə gəlmək uşaqlarda müəyyən mənada əsgər intizamı da yaradır, onları gələcəkdə Vətəni qorumaq məsuliyyətinə hazırlayır".
S.Rüstəmxanlı hesab edir ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib. Buna görə də məktəbli formasının tətbiqini dini etiqad azadlığı ilə əlaqələndirərək başqa istiqamətdə təqdim etmək doğru deyil:
"Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 15-16-17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm".
O, Azərbaycanda dini dəyərlərə və baş örtüyünə münasibətin tarixən formalaşmış ənənələrə əsaslandığını bildirib:
"Azərbaycanda dinə münasibət, məncə, çox yüksək səviyyədədir. Xalqımız sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı mərhələlərdən keçsə də, öz inancını və əqidəsini qoruyub saxlayıb. Bundan sonra da qoruyub saxlayacaq. Bizim cəmiyyətimizdə baş örtüyü həmişə olub. Analarımız, nənələrimiz kəlağayı örtüb, şal bağlayıblar. İnsanlar həm şəhərlərdə, həm də kəndlərdə öz ənənələrinə uyğun geyiniblər və bu, heç vaxt narahatlıq doğurmayıb".
Xalq şairinin fikrincə, son illər hicab mövzusunun geniş müzakirə obyektinə çevrilməsində kənar siyasi təsirlərin də rolu var:
"Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər".
S.Rüstəmxanlı onu da əlavə edib ki, məktəbdə geyimlə bağlı tələblərə ilk növbədə uşaqların birgə təhsil alması və sağlam münasibətlər qurması baxımından yanaşılmalıdır:
"Əgər bir sinifdə fərqli dini geyim formasından istifadə olunması uşaqlar arasında narahatlıq yaradırsa, həmin geyimdən istifadə edənlərlə etməyənlərin bir-birinə münasibətini soyudursa, buna ehtiyac yoxdur. Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər. Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər".

Sosial       Tarix: 11 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İranda dollar yenidən kəskin bahalaşdı

İranda ABŞ dollarının məzənnəsi tarixdə ilk dəfə 270 min tüməni keçib. KONKRET.azxəbər verir ki, bu barədə Tehran azad bazarındakı mənbələr məlumat yayıb. Avro da 302, 660 min tümən həddini aşaraq yeni rekord müəyyənləşdiri

Ağstafada iki qardaş kafedə xəsarət alıb

Ağstafada iki nəfər kəsici alətdən xəsarət alıb. Rayon sakinləri olan 2005-ci il təvəllüdlü X.Vəliyev və onun qardaş 2003-cü il təvəllüdlü N.Vəliyev çoxsaylı kəsici-deşici alət xəsarət ilə xəstəxanaya yeləşdirilib. Onlar

Damarı təmizləyən, sümükləri möhkəmləndirən ucuz meyvə

Gavalı yemək osteoporozun və yüksək xolesterolun inkişafının qarşısını alır. Dietoloq Makişa Alekseyeva ən əlçatan və ucuz payız meyvələrindən biri olan gavalının sağlamlıq üçün faydalarını açıqlayıb:. "Tünd mavi, bənövşəy

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollard

Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır

2026-cı ilin oktyabr ayı bəzi bürclər üçün yeni fürsətlər, gözlənilməz hadisələr və mühüm qərarlar dövrü ola bilər. Keçmişdə yarım qalan məsələlər yenidən gündəmə gələcək, münasibətlərə və maliyyə qərarlarına fərqli yanaşma

"Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı

"Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir". xəbər verir ki

Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər

"Bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur". xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov və -

Yusif Babanlı yeni şirkət yaratdı: 3 milyon manatlıq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Türkan İdman Zalı" MMC-ni dövlət qeydiyyatına alıb. Report-a istinadla xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi

Dollar bu gün neçəyə satılır?

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, oktyabrın 6-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0346 manat təşkil edib. Öz növbəsində, avro 1,906


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu maşın realiti şou son.xeberler hava