Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza
Litva Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi prosesinə başlamaq istəyir.
KONKRET.azxəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, viza prosedurlarının sadələşdirilməsi Litvanın Azərbaycanla münasibətlərdə konkret nəticələr əldə etmək istədiyi istiqamətlərdən biridir.
"Müzakirələr hələ yeni başlayıb, lakin mən inanıram ki, hər iki tərəf səfərlər üçün daha əlverişli şərait yarada, insanlar arasında təmasları genişləndirə və qarşılıqlı anlaşmanı gücləndirə biləcək", – o bildirib.
O, xatırladıb ki, 2027-ci il yanvarın 1-də Litva Avropa Birliyi Şurasında sədrliyə başlayacaq. Vilnüs AB ölkələrinə bütün 27 üzv dövlət üçün məqbul olan həll yollarını tapmaqda və AB-nin tərəfdaşlarla, o cümlədən Azərbaycanla əlaqələrini gücləndirməkdə kömək etmək niyyətindədir.
"Həqiqətən də, Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətləri gücləndirmək Avropa Birliyinin və bütün Avropa ölkələrinin marağındadır", – o bildirib.
Nazirin sözlərinə görə, AB investisiyalarda və digər ölkələrlə, o cümlədən Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Avropa Birliyi həmçinin sabitliyin möhkəmləndirilməsinə və rifahın artmasına töhfə verməyə çalışır.
"Bu kontekstdə biz artıq AB ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş məsələsini nəzərdən keçirə bilərik", – Budris deyib.
Nazir vurğulayıb ki, energetika və nəqliyyat əlaqəliliyi sahəsində strateji layihələrin həyata keçirilməsi təkcə Cənubi Qafqazı deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə yaxınlaşdırmağa, eləcə də müxtəlif sahələrə Avropa investisiyalarını cəlb etməyə imkan verəcək.
O qeyd edib ki, Orta Dəhlizin inkişafı tranzit marşrutlarının şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Burdisin sözlərinə görə, diplomatlar tərəfdaşlığın prioritetlərini və onun Avropa Birliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi imkanını müzakirə edirlər.

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Valyuta bazarında son vəziyyət
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda X Beynəlxalq Bankçılıq Forumu keçirilir
Kart hesablarından milyonlar belə yoxa çıxır – dələduzların yeni üsulu
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu