AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
AZCON Holding şirkətlərindən olan "Azərbaycan HavaYolları" QSC 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib.
azxeber.com xəbər verir ki, şirkətin üçəsas fəaliyyət istiqamətini – sərnişin aviaşirkətini, hava limanlarını vəaeronaviqasiya xidmətlərini əhatə edən hesabatda əməliyyat göstəricilərinin artması, emissiyaların azaldılması, infrastrukturun müasirləşdirilməsi vəxidmətlərin rəqəmsallaşdırılması üzrə əldə olunan nəticələr, eləcə də dayanıqlıinkişaf prioritetləri əks olunub.
2025-ci ildə milli aviadaşıyıcı 55 istiqamətüzrə 35 mindən çox reys yerinə yetirərək 4 milyondan çox sərnişin daşıyıb.Beləliklə, 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə artıq hesabatilində nail olunub. Onlayn satışların ümumi satışlarda payı 30 faiz olub.Xidmətlərin rəqəmsallaşdırılması çərçivəsində sərnişinlərə "AZAL Upgrade",biletlərin onlayn dəyişdirilməsi və bir sıra digər rəqəmsal həllər təqdimolunub.
Aviaşirkət ekoloji, sosial və korporatividarəetmə ("ESG") strategiyasının hazırlanmasını yekunlaşdırıb və 2050-ciilədək xalis sıfır və ya sıfıra yaxın emissiya səviyyəsinə keçid planınıhazırlayıb. Hesablamalara görə, Avropa İttifaqı ölkələrindən yerinə yetirilənreyslərdə tərkibində 2% dayanıqlı aviasiya yanacağı (SAF) olan qarışığın istifadəsiCO₂ emissiyalarını təxminən 800 ton azaldıb. 2025-ci ildə donanmaya qoşulan ikiyeni "Airbus A320neo" təyyarəsi isə baza göstəriciləri ilə müqayisədəemissiyaları təxminən 9,2 min ton azaltmağa imkan verib.
2025-ciilin may ayında "Azərbaycan Hava Yolları" Bakıda Beynəlxalq Hava NəqliyyatıAssosiasiyasının ("IATA") Aviasiya Enerji Forumuna ev sahibliyi edib. CənubiQafqaz və Xəzər regionunda ilk dəfə keçirilən forum 60-dan çox ölkədən 700-dənartıq nümayəndəni bir araya gətirib. Forum çərçivəsində aviaşirkət "IATA"nın "CO₂ Connect" və"İnteqrasiya Olunmuş Dayanıqlılıq" proqramlarına qatılıb, həmçinin "ƏtrafMühitin Qiymətləndirilməsi" ("IEnvA") proqramında iştirak edəcəyini açıqlayıb.
Hesabatdövründə Azərbaycanın hava limanları şəbəkəsi 8,6 milyon sərnişinə xidmətgöstərib. Bunun 7,64 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşübki, bu da aeroportuntarixində ən yüksək illik sərnişin göstəricisidir. İlərzində aeroportda 59 min qalxma və enmə əməliyyatı qeydə alınıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyəverilməsi isə regionların hava nəqliyyatına çıxış imkanlarını genişləndirib.
Sərnişinaxınının artması ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunda birbaşaistixana qazı emissiyaları ("Scope 1") 33,3 faiz, alınan enerji ilə bağlıdolayı emissiyalar ("Scope 2") isə 21,2 faiz azalıb. Aeroport Xəzər regionu vəMərkəzi Asiyada beynəlxalq "Airport Carbon Accreditation" ("ACA") proqramınınüçüncü səviyyəsinə yüksələn ilk hava limanı olub. Bu səviyyə karbon emissiyalarının sistemli idarəolunmasını və aeroport tərəfdaşlarının emissiyaların azaldılması prosesinə cəlbedilməsini nəzərdə tutur.
Hesabat ilində "Azəraeronaviqasiya" HavaHərəkəti İdarəsinin (AZANS) xidmət göstərdiyi uçuşların sayı 10,5 faiz artaraq342 167-yə, tranzit uçuşların sayı isə 13,9 faiz artaraq 261 085-ə çatıb. Havaməkanının ötürmə qabiliyyəti saatda 120 uçuşa yüksəlib, bir uçuşa düşənemissiya isə 18,2 faiz azalıb.
AZANS"ICAO" standartlarına uyğun III kateqoriyalı ("CAT" III) cihazla enmə sisteminitətbiq edib, "CANSO"nun "GreenATM" proqramına qoşulub və Azərbaycanın yeniMilli Hava Məkanı Strategiyasının hazırlanması üzrə "IATA" ilə əməkdaşlığıdavam etdirib.
"Dayanıqlılıqstrategiyamızın əsas istiqamətlərindən biridir və Avrasiyada təhlükəsiz,qabaqcıl aviasiya ekosisteminə çevrilmək hədəfimizin ayrılmaz hissəsidir.", – deyə QSC-ninİdarə Heyətinin sədri Samir Rzayev bildirib.
Hesabatlarla tamşəkildə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
Azərbaycan Hava Yolları:
Heydər Əliyev Beynəlxalq Aeroportu
"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək
Azərbaycanda kürəkən qayınatasını öldürdü
Bakıda iki azyaşlı bacı vəfat etdi
Elnur Həsənov vəzifədən azad edildi
Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə
Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR
Bunu edənlər bir müddət vergidən AZAD OLUNACAQLAR
"Kredit əldə etməyin qaydaları sərtləşdirilməlidir" - AÇIQLAMA
Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?
Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı