Tanışının fotolarını çəkib şantaj etməkdə ittiham olunan qardaşlarla bağlı QƏRAR
Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmədə, hədə-qorxu ilə tələb etmə və oğurluqda təqsirləndirilən Abdul Əlislamov və onun qardaşı Aydəmir Əlislamovun barəsindəki qərardan dövlət verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Abdul Əlislamov və onun qardaşı Aydəmir Əlislamov 2022-ci il tarixdə Xaçmaz rayonu, Ağyazı Buduq kəndi ərazisində yerləşən yaşadıqları evin həyətindəki tikiliyə zərərçəkmiş E.Kərimovun daxil olduğunu görüblər. Onlar həmin şəxsin orada narkotik vasitəni saxlanılmasını ehtimal edərək zərərçəkmiş şəxsi yaxalayıblar. Sonra E.Kərimovun əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb ediblər, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıblar.
Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub. Həmçinin məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlislamov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, qardaşına isə şərti cəza verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib - FOTOLAR
Ermənistan bu xəbərlə çalxalanır: Paşinyan böyük "təmizliyə" start verdi – SİYAHI
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi
Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur
"Sabah" La Liqa səviyyəsində komandadır" - Hansi Flik