Məlhəm Hospital'da yoxlama - Direktor cəzalandırıldı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Məlhəm Beynəlxalq Hospital"da plandankənar (növbədənkənar) yoxlama aparıb.
azxeber.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət - ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.
Aparılan yoxlamanın nəticəsinə əsasən, "Məlhəm Beynəlxalq Hospital" MMC-nin direktoru və qanuni təmsilçisi Fuad Qədim oğlu Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 800-1 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimə edilirlər.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma