"Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb - FOTO

Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanındakı ev sökülüb.
KONKERT.az APA-ya istinadən bildirir ki, "Melissa Group" və mülkün sahibi arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunub.
Kompensasiya ödənilib və mülkün sökülməsi prosesi başa çatıb.
Yasamal rayonunda qanunsuz söküntü işləri
Qeyd edək ki, bu il martın 27-də "Melissa Group" tikinti şirkəti tərəfindən Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılıb.
Söküntünün qanunsuz olduğu müəyyən edilib
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Tikinti şirkətinin əməkdaşları saxlanılıb
Martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü Eynullayev Qala Seymur oğlu, martın 28-də "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Martın 29-da Xətai Rayon Məhkəməsində Qala Eynullayev barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Həmin gün Qalib Məmmədov barəsində də 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Söküntü zamanı tibbi yardıma müraciət edilib
TƏBİB-dən isə bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb. Həmin gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib.
Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılıb. ,Zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra iyunun 23-də Qala Eynullayev də azadlığa çıxıb.
/ konkret.az

Hadisə       Tarix: 04 iyul 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar en sonxeber krminal bu gun hava haqqinda