"Mən vəzifə xəstəsi deyiləm" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
"Olduqca gərgin və stressli oyun idi. Hər iki komanda məğlub olmaq istəmirdi. Hamı bilirdi ki, burada qazanılan qələbə və ya məğlubiyyət kimi qabağa çəkə bilər, ya da geri sala bilər. "Sumqayıt" çox yaxşı formadadır. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Oyunun ədalətli nəticəsi bərabərlik idi. Meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın keyfiyyətini artıracaq. Buna əminəm. Qarşıda biri-birindən maraqlı oyunlar gəlir. Hər biri çox önəmlidir. Getdikcə gərginlik artır. Futbolçularda da, azarkeşlərdə də hiss olunur. Əlimizdən gələni edəcəyik sonda sevinən tərəf biz olaq.
"Sumqayıt" əsas rəqiblərimizdən biridir. Bu heç-heçə şəxsi oyunlarda da bizə üstünlük verdi. Aramızdakı 2 xallıq fərqi qoruya bildik. Ən azı 1 heç-heçə limitimiz var. 2 xal itirdiyimizi desəm, ədalətsizlik olar. Düşünürəm ki, bu gün səfərdə 1 xal qazandıq.
Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Əgər medallar uğrunda mübarizə aparmaq imkanı varsa, niyə də olmasın?! Hər komanda bunu istəyir. Bizim də şansımız var. Sona qədər mübarizə aparacağıq.
Ağ və qara mənim sevimli rənglərimdəndir. Bunu hamı bilir. Geyimlərimdə də bu rənglərə üstünlük verirəm. Hər məşqçi istəyər ki, "Neftçi"də, "Qarabağ"da, milli komandada çalışsın. Əminəm ki, bütün gənc məşqçilərin belə hədəfi var. Karyeramın yarısı "Neftçi"də keçib. Böyük futbolda ilk addımlarımı orada atmışam. Daha sonra karyeramın vacib hissəsini "Qarabağ"da keçirmişəm. 17 il isə millidə oynamışam. Bu üç komandanın hər biri mənim üçün dəyərlidir. İnanıram ki, hər iki klubun azarkeşləri məni anlayışla qarşılayar. Sabah "Qarabağ"da da, "Neftçi"də də məşqçi ola bilərəm. Bəlkə heç birində məşqçi olmayacağam. Ümumən istəyim ölkə xaricində məşqçilik etməkdir. Sabah nə baş verəcəyini bilmirəm. Mənə heç bir təklif olmayıb. Bütün fikrimi "Zirə"yə yönəltmişəm. Çempionat gərgin keçir. "Neftçi" rəhbərliyi də belə periodda heç bir məşqçiyə təklif göndərməz. Bu, şaiyədir. Aramızda heç bir söhbət yoxdur. Futbolçu vaxtı həmişə böyük komandalarda oynamağa tələsirdim. Məşqçi kimi fərqlidir. Məşqçiyə yetişmək üçün zaman lazımdır. Mənim "filan komandanın baş məşqçisiyəm" kimi dərdim yoxdur. Əgər xeyir verə biləcəyəmsə, o təklifi qəbul edərəm. Xeyir verməyəcəyəmsə, işləməyəcəyəm. Sabah görsəm ki, "Zirə"yə xeyir vermirəm, gedəcəyəm. Bu gün gecəmi-gündüzümü işimə həsr edirəm. Şəxsi həyatım o qədər də önəmli deyil. Qarşıda vacib oyunlar gəlir. İki illik müqavilə bağlamışam. Amma rəhbərliklə söhbətim olub ki, mövsümün sonunda təhlil edək. Əgər həqiqətən də komandaya xeyrim varsa, yola davam edəcəyik. Mən vəzifə xəstəsi deyiləm".

İdman       Tarix: 13 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

"Fənərbaxça" "Liverpul"u məğlub etdi

Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV turun növbəti matçları keçirilib. report-a istinadən xəbər verir ki, ikinci oyun günündə daha 9 qarşılaşma baş tutub. "Sabah" səfərdə "Vikinq"i

"Fənərbağça"nın yeni baş məşqçisi bilindi – FOTO

"Fənərbağça"da baş məşqçi postu ilə bağlı Serxio Konseysaonun namizədliyi üzərində tam razılıq əldə olunub. xəbər verir ki, bu barədə "HT Spor" məlumat yayıb. Artıq portuqaliyalı mütəxəssis İstanbula dəvə

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini

Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. KONKRET. -a istinadla xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsind

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

Futbolçunu ölümü: bu oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədar noyabrın bu günə planlaşdırılan ölkə kubokunun oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun mətbua


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam.az xeberler son xəbər xabar az cəbhədən son durum