"Mənə əl-qol atmağa başladı, dedi ki, anama söz atmısan" - Aşıq Namiq başına gələnlərdən DANIŞDI - YENİLƏNİB

"Mənə əl-qol atmağa başladı, dedi ki, anama söz atmısan" - Aşıq Namiq başına gələnlərdən DANIŞDI - YENİLƏNİB
Aşıq Namiq Fərhadoğlu döyülməsi barədə yayılan məlumata aydınlıq gətirib.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə parkda idman edən zaman baş verib:
"Mən parkda idman etdikdən sonra orada gəzməyə başladım. Bu zaman mənə zəng gəldi. Həmin vaxt qarşımdan 65-70 yaşlarında olan iki qadın keçdi. Sonra isə bir oğlan yaxınlaşdı ki, sən mənim anama söz atıb, təhqir etmisən. Şoka düşdüm. "Qadın mənim anam yaşındadır, onunla nə işim ola bilər? Get, işinlə məşğul ol", - dedim. Bu zaman isə oğlan mənə əl-qol atmağa başladı. Orada olan adamlar mübahisəyə müdaxilə etdilər. Telefonum yerə düşdü və ekranı sındı. Ətrafdakılar dedilər ki, Namiq müəllim, siz ki sənətçi adamsınız, belə insanlarla işiniz olmasın".
O qeyd edib ki, mübahisə etdikdən sonra parkdan həmin şəxslərin arxasınca gəlib:
"Ara küçədə oğlana yaxınlaşdım və dedim ki, qadınlardan uzaqlaş, gəl, söhbətləşək. Çünki o, həm mənim telefonumu qırıb, həm də mənə qarşı nalayiq sözlər işlədib. Burada da mənə əl-qol atmağa başladı. Təbii ki, mən də eləcə durası deyildim. Həmin vaxt oğlan mənim boğazımı sıxdı və gümüş boyunbağımı dartıb apardı. Bu vaxt yanımızdakı qadın hadisəni telefona çəkdi. Mən evə gəldim, fikirləşdim ki, namazımı qılım, polisə şikayət ərizəsi yazım. Elə həmin vaxt Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən mənə zəng vurub söylədilər ki, bir xanımı və onun oğlunu park ərazisində təhqir etdiyim üçün haqqımda şikayət var. Polis bölməsinə getdim və şikayətimi bildirdim. Orada polis bizə dedi ki, qarşılıqlı üzr istəyin və barışın. Dedim ki, mənim telefonum qırılıb, boyunbağım aparılıbsa, üzr istəməliyəm? Oğlan məndən üzr istədi. Bu zaman qadın dedi ki, guya onun da "iPhone 14" markalı telefonunun ekranı qırılıb. Telefonu gətirdilər, baxdım ki, heç 500-600 manat dəyəri yoxdur. Dedim bəs deyirdiniz telefonun markası "iPhone"dur? Yanındakı qadın dedi ki, siz o qədər toya gedirsiniz, pulunuz var, "iPhone 14" də ala bilərsiniz. Sonra dedi ki, gedib indi alaq telefonu. Xanıma bildirdim ki, mən onlarla heç bir mağazaya getmirəm. Onlara öz tanıdığım mağazaya getməyi təklif etdim və dedim ki, telefonun yalnız ekranını düzəltdirəcəyəm. Çünki belə şər-böhtançı adamların məndən uzaq olmasın istəyirəm".
10:16
Aşıq Namiq Fərhadoğlu döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib.
Belə ki, Aşıq Namiq parkda gəzən qadına söz atıb.
Nəticədə qadının oğlu onu döyüb.
Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.
İlhamə Əbülfət

Şou Biznes       Tarix: 13 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun maliyye xeberler bugun iqtisadiyyat xeberleri bugun meherremlik 2026