"Mənə xəyanət etməsini öyrəndim" - Oteldə keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş həyat yoldaşına ov tüfəngindən atəş açaraq öldürmək istəyən şəxsin məhkəməsi davam etdirilib.
KONKRET.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (ölümə cəhd) maddəsi ilə  təqsirləndirilən şəxs Rəşad Əsədzadə ifadə verərək bildirib ki, həyat yoldaşı ilə son zamanlar münasibətləri pozulub: "Cəmiləni özüm sevib almışdım, 5 il bir yerdə mehriban yaşadıq. Hadisəni torətməmişdən qısa müddət qabaq onun mənə xəyanət etməsini bildim. Bir həftədə Bərdədən 2 dəfə Bakıya gəlib getmişəm, onu izləmişəm. Sonra otelə dəvət etdim, hadisəni orada torətdim. Mən içkili idim, bilirdim cinayət törədəcəyəm, silahda üstümdə idi. Oteldə Cəmilədən qabaq gəlmişdim. Bir dəfə atəş açdım. Açıq deyim, mənim üstümdə bıçaq da var idi, əlavə patron da var idi. Mənim fikrim onu öldürmək olub. Atəş açandan təxminən 3 dəqiqə sonra otel işçiləri içəri girdi. Törətdiyim əməldən peşman deyiləm".
Təqsirləndiriləndən sonra zərərçəkmiş qismində tanınan Cəmilə Məmmədova ifadə verərək qeyd etdi ki, Rəşad həyat yoldaşım olsa da nikahım olmayıb: "10 il idi ayrılmışdıq, cəmi 2 il bir yerdə olmuşuq. 6-7 ay qabaq isə aliment vermədi, mübahisəmiz başladı, əsas da anamın qoyunları ilə bağlı idi. Rəşad anamla birgə qoyun saxlayırdı, evini satıb qoyun almışdı, Rəşad baxırdı qoyunlara. Sonra gördüm Rəşad yolunu azıb, insan alveri ilə məşğul olur, əlimdə səs yazıları var idi. Hadisədən 3 gün qabağa kimi mənə yığıb nəsə deməyib. Çünki 10 il idi ayrılmışdıq. Bizim aramızda ancaq qoyun-quzu münasibəti var idi. Rəşad yoldaşını götürdü gəldi bizə Bakıya, həmin silah çantasında idi, ancaq biz bilmirdik onda nə var. Mən uşağımı da götürüb getdim həmin gecə xalamgilə. Maşının cəriməsini ödəmək üçün pula ehtiyacım oldu, yığdım Rəşada, dedi gəl oteldən götür. Mən də getdim otelə, gördüm tək oturub otaqda. Mənə içki təklif etdi, içmədim, bir tikə çörək yedim. Mənə dərman təklif elədi, dedi içəndə adamın kefini düzəldir. Sonra otelin işçisi gəldi qışqırığıma, axır dedi pul verəcəm, 170 manat pul verməli idi. Axır mənə dedi üzünü çöndər, mən üzümü çöndərəndə bu silahı mənə qarşı tuşladı. Bu əvvəllər də mənə deyib ki, sənin qulağını kəsəcəm, səbəb isə uşağın 4-5 yaşı olanda onun şəkilini sosial şəbəkələrdə paylaşmağım olub. Hadisəyə gəlincə, 2 dəqiqə əlbəyaxa olduq. Bir güllə atdı, bu vaxtı səsə otelin işçiləri gəldi. Gördüm barmaqlarım işləmir, qanadı. Apardılar xəstəxanaya, 7 gün orda qaldım".
Daha sonra Cəmilə Məmmədovanın anası şahid qismində ifadə verib: "Əvvəllər mənim kürəkənim olub. Qoyunları satmışdı məndən xəbərsiz, qızıma demişdi 2 oğlanı 2 qızla görüsdürəcəm həmin pul çıxacaq. Qızıma dedi ki, qumar üstündə polislər məni rayondan qovub, gəlmişəm Bakıda restorandayam, gəl görüşək".
Növbəti şahid qismində zərərçəkənin bacısı ifadə verdi: "Hadisə olmamışdan qabaq bizə gəlmişdi, bacımı elə həmin gün vurmaq istəyirdi. Hadisə olanda da zəng elədilər, getdik otelə gördüm bacım yaralıdır".
Məhkəmə prosesində otelin işçisi, şahid qismində Anar Allahverdizadə ifadə verərək qeyd etdi ki, Rəşadı hadisə günü tanıyıb: "Rəşad otelə qonaq gəlmişdi. 2 dəfə səsə qalxdım otağa, xəbərdarlıq etdim ki, sakit olsunlar. Axırıncı dəfə qalxanda gördüm yer qandır. Mizin üstündə olanları yığışdırdıq, orada otelə aid olmayan bıçaq var idi. Əlində heç bir şey yox idi, silah yerdə  qalmışdı. Mən köməklik etdim Cəmiləni təcili yardıma çatdırdıq".
Xatırladaq ki, hadisə bu il yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birində  qeydə alınıb. Rəşad Əsədzadə həyat yoldaşı Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.
İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci ((xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham irəli sürülüb.//Unikal

Hadisə       Tarix: 08 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az xeber saytlari cəbhədən xəbər son.xeber