Məni cılız və cahillər tənqid edir
"Bir yerə gedirəm, sadə olanda məni qəbul etmirlər. Deyirlər ki, sizi hər zaman hansısa bir obrazda görmüşük. Nə olub sizə? Niyə belə sadəsiniz? Cavabında söyləyirəm ki, hər yerin geyimi var".
azxeber.com Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Evinizin qonağı" verilişində deyib. Qeyri-adi geyimlərindən danışan müğənni bunları əlavə edib:
"Əslində bu, özüməm. Uşaq olanda məktəbə gedəndə də belə geyinirdim. Bunu sinif yoldaşlarım da təsdiqləyə bilərlər. Soltan Hacıbəyli adına Musiqi Texnikomunda təhsil aldığım zaman geyindiyim geyimlər hər zaman digər tələbə yoldaşlarım tərəfindən qəribə qarşılanırdı.
Kiçik bir çantam vardı. Əl ilə toxunulmuşdu, səbətə bənzəyirdi. Ondan istifadə edirdim. Kitablarımı içinə yığırdım. Tələbə yoldaşlarım həmin çantaya o qədər qəribə baxırdılar ki...
Əvvələr belə şeylərdən heç kim istifadə etmirdi. Anam dörd bacıma və mənə toxumağı, tikməyi, bişirməyi öyrədib".
Ünvanına deyilən tənqidlərdən bəhs edən Seyidcahan "Tənqiddən çox məni tərifləyirlər. Allah məni başdan-ayağa tərifləyir. Kimin tənqidindən qorxacağam ki? Cılız, savadsız, cahil insanların? Tənqidlər birdirsə, on tərif var. Məni isə yaşadan o təriflərdir" deyə, əlavə edib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb